Amoris
Mühasib (Zirə)
Son tarix 19 sen 2025 - [email protected]
Əsas vəzifələr:
- Əsas vəsaitlər, əmtəə-maddi qiymətlilər, istehsal xərcləri, məhsulun satışı, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələri üzrə mühasibat uçotunun aparılması.
- Sifarişçilər və tədarükçülərlə hesablaşmaların uçotu.
- Göstərilən xidmətlər üzrə əməliyyatların qeydiyyatı.
- Maliyyə intizamına riayət olunmasını təmin etmək.
- Ehtiyatlardan səmərəli istifadə ilə bağlı tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak.
- Sənədlərin müvafiq hesabat sahələri üzrə qəbulunu və nəzarətini təmin etmək.
- Sənədlərin mühasibat emalına hazırlanması.
- Pul vəsaitlərinin və əmtəə-maddi qiymətlilərin hərəkəti ilə bağlı əməliyyatların mühasibatda əks etdirilməsi.
- Məhsul (iş, xidmət) üzrə maya dəyərinin və hesabat kalkulyasiyasının hazırlanması.
- İtkilərin və qeyri-məhsuldar xərclərin səbəblərinin təhlili və onların qarşısının alınması üçün təkliflərin hazırlanması.
- Dövlət büdcəsinə ödənişlər, sosial sığorta ayırmaları, əmək haqqı üzrə ödənişlərin həyata keçirilməsi.
- Vergilərin, digər ödənişlərin və istehlak fonduna vəsait köçürmələrinin təmin edilməsi.
Tələblər:
- Ali təhsil
- Maliyyə sahəsində 2-3 il iş təcrübəsi
- 1C proqramı ilə işləmə bacarığı
- MS office proqramları ilə işləmə bacarığı (xüsusilə yüksək səviyyədə Excel bilikləri)
- Kənd təsərrüfatı və istehsal sahələrdə iş təcrübəsi üstünlükdür.
- Dil bilikləri: Azərbaycan dili (Rus dili arzuolunandır)
İş şərtləri:
- 6 günlük iş qrafiki
- Qidalanma şirkət tərəfindən qarşılanır
- İş yeri: Zirə qəsəbəsi
- Əmək haqqı 1200-1500 Azn
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.