Alfa Audit LLC
Mühasib
Son tarix 01 sen 2025 - [email protected]
Vəzifə öhdəlikləri
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
- Vergi, DSMF hesabatlarının, Statistika hesabatlarının hazırlanması və müvafiq qurumlara vaxtında təqdim edilməsi;
- Elektron Vergi Hesab-Faktura, Qaimə-Faktrura, Hesab-Fakturalarının işlənməsi;
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
- Debitor və kreditor hesablaşmalarına ciddi nəzarət olunması;
- Online kargüzarlıq, E-VHF, e- qaime portallardan istifadə etmə bacarığı;
- New E-Taxes və BTP proqramında hazırlanmalı hesabatların tərtib edilməsi;
- 1C Mühasibatlıq proqramında uçotun fasiləsiz təmin edilməsi və dövri yoxlanılması;
- Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək.
Namizədə tələblər
- Azərbaycan və İngilis dilində sərbəst danışıq səviyyəsində (ən azı intermediate səviyyə) bilik mütləqdir
- Ali təhsilli olmalı
- Göstərilən sahə üzrə minimum 1 il iş təcrübəsi
- MS Office və 1C proqramlarında mükəmməl işləmək bacarığı
- Vergi Məcəlləsini bilməli
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli
- Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti
- Ünsiyyət qura bilmə bacarığı
Əmək haqqı namizəddən asılı olaraq müəyyən ediləcəkdir və yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqdır.
Maraqlanan şəxslər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlərin CV göndərmələri xahiş olunur.