ALCO MMC
Logistika üzrə mütəxəssis
Son tarix 01 iyl 2024 - [email protected]
Tələblər:
- Bakı şəhəri ərazisində yaşaması;
 - Ali (bakalavr və magistr) təhsilini yüksək nəticələrlə bitirən, istedadlı, təşəbbüskar, yüksək məntiqi və analiz qabiliyyətinin olması
 - Sahə üzrə müsbət təcrübəyə malik olması, işlədiyi əvvəlki iş yerindən referans məktubu təqdim etməsi;
 - İşdə dəqiqlik , detallara fikir vermə qabiliyyətinə, beynəlxalq əlaqələr, coğrafiya, iqtisadiyyat sahəsində biliyə malik olması, ünsiyyət qurma qabiliyyətinə sahib olması;
 - Azərbaycan, rus və ingilis dillərini səlis bilməsi.
 
Vəzifə funksiyaları:
- Beynəlxalq qaydalara uyğun nəqliyyat şirkətləri ilə əlaqə yaratmaq;
 - Yol nəqliyyat sənədlərini (CMR, SWB, Nakladnoy, BL və s.) səlis şəkildə hazırlamaq;
 - Elektron maillər vasitəsilə şirkət siyasətinə uyğun qaydada yazışmalar aparmaq;
 - Gəmi xətləri ilə birbaşa işləmək və onların sistemlərində sifarişləri (Booking) verə bilmək;
 - Dəmiryolu daşınması zamanı, mesplan, naryad alınmasını və digər işləri icra etmək;
 - Mümkün qədər görülmüş işlə bağlı yaranmış problemləri vaxtında həll etmək;
 - Şirkətdaxili nizam-intizam qaydalarına riayət etmək;
 - ISO sertifikatlarının tələblərinə uyğun sənədləşmə və prosedurlara əməl etmək;
 
Əmək haqqı: Tutduğu vəzifədən asılı olaraq 1200-2000 azn.
Elana əlavə edilən formada CV-lərinizi mail ünvanına göndərməyiniz xahiş olunur. Əlavə edilən formada göndərilən CV-lər qəbul edilməyəcək. CV_yə mütləq əvvəlki iş yerinizdən referans məktubu, universiteti yeni bitiribsə, CV-də universitet nəticələrini əlavə etməyinizi xahiş edirik.
Tel: 012-505-68-10/11


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







