Akabe İnşaat
Mühasib
Son tarix 05 sen 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, debitor borcları ilə bağlı danışıqların aparılması, borclara nəzarət və təhlil
- İnternet banking əsas əməliyyatlar (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, Dövlət büdcəsinə vergi və digər ödənişlərin icrası)
- Elektron qaimələrin yazılması və bununla əlaqədar satış sənədlərinin, Müqavilələrin, Hesab fakturaların, Qiymət razılaşma protokollarının, Təhvil-təslim aktlarının hazırlanması
- Online Kargüzarlığa daxil olan sorğuların araşdırılması və qanunvericilik çərçivəsində təyin olunan müddətdə cavablandırılması.
- Müştərilər ilə üzləşmə aktlarını / hesabatlarını hazırlamaq
- Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq
- Maliyyə hesabatlarının tərtib edilməsi
- Vergi, hesabatllarının (ƏDV, ÖMV, SV, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: Bazar ertəsi – Cümə - 09:00-dan 18:00-dək
- İstirahət: Şənbə-Bazar günləri
- Əmək haqqı : 700-1200 azn
Namizədə tələblər
- Təhsil : Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
- İş təcrübəsi : müvafiq sahədə minimum 2 (iki) il
- Office proqramlarında, əsasən EXCEL-də yaxşı səviyyədə işləmə bacarığı olmalıdır
- 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir
- Müştərilər ilə peşəkar kommunikasiya bacarıqları
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərinizi elektron ünvanına Subject/Mövzu hissəsində “Mühasib” qeyd etməklə göndərmələri xahiş olunur.
Qeyd: Namizədlərdən xahiş olunur,tələblərə diqqətlə nəzər yetirib,daha sonra CV-lərinizi qeyd olunan ünvana göndərəsiniz.
Əlaqə : +994 55 229 55 07