Agha Financial Services MMC
Əmək haqqı üzrə mühasib
Son tarix 16 noy 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta, həyatın yaşam sığortası və digər tutulmaların hesablanması və ödənilməsi;
- Vergi, sosial sığorta və digər məcburi ödənişlərin düzgün hesablanaraq tutulması və aidiyyəti dövlət orqanlarına təqdim olunan dövri hesabatların hazırlanması;
- Əmək haqqı üzrə müxabirləşmələrin verilməsi və yoxlanılması;
- Məzuniyyət haqlarının, ezamiyyələrin, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
- DSMF tərəfindən ödənilən müavinətlərin elektron hökumət sistemində işlənməsi;
- Təhtəl-hesab şəxslərlə hesablaşmaların və ezamiyyə haqlarının yoxlanması;
- İşçilər üçün bank kartlarının sifarişi
- İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması;
- Alqı-satqı müqavilələləri,digər alt sənədlərin hazırlanması
- E-qaimələrin təqdim edilməsi
- Rəhbərliyin digər əlaqədar tapşırıqlarının yerinə yetirilməsi.
Namizədə olan tələblər:
- Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
- Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə və digər müvafiq biliklər;
- Azərbaycan dili bilikləri (Rus dili biliyi arzu olunandır);
- Microsoft Office proqramlarında (xüsusilə MS Excel) sərbəst işləmə bacarığı;
- Məsuliyyətli, tez öyrənən, ünsiyyətcil olmaq və komandada işləmək bacarığı;
İş şəraitimiz:
- İş qrafiki: 5 günlük;
- Mehriban komanda;
- Perspektivli iş şəraiti;
- Əmək haqqı: 800 azn (Namizədin bilik və bacarıqlarına əsasən müsahibə zamanı müəyyən olunur)
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Əmək haqqı üzrə mühasib" adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.