AAC MMC
Baş mühasib
Son tarix 27 fev 2023 - [email protected]
İş barədə məlumat:
- İş yeri: Qaradağ ray, Səngəçal qəs,Salyan şossei 47-ci km.
- Əmək haqqı təcrübədən asılı olaraq 1600-2200 AZN (net) olacaqdır.
- Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur
- İş rejimi - 5 günlük
- Mühasibat şöbəsinin işini düzgün, qaydalara və qanunvericiliyə uyğun təşkil etmək,
- Maliyyə uçotu, vergi uçotu və maya dəyəri uçotu üzrə kargüzarlıq işlərinə nəzarət edilməsi
- Kargüzarlıq qaydalarına əsasən şöbə əməkdaşları tərəfindən proseslərin yerinə yetirilməsinə nəzarət edilməsi
- Maliyyə Nazirliyinin mühasibat uçotu standartları üzrə şərhlər və tövsiyələrini rəhbər tutaraq uçotun aparılmasını təşkil etmək
- Vergi-mühasibat və digər qanunvericilik yeniliklərini yaxından izləmək və müvafiq olaraq rəhbərlik etdiyi sahələrdə tətbiq etmək
- Vergi, statistika və MDSS hesabatlarının hazırlanması və təqdim edilməsi
- Bəyannamələrin hazırlanması və təqdim edilməsi
- Aylıq əmək haqqı hesablanması
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
- Rəhbərlik etdiyi şöbənin işinin effektiv təşkil edilməsi;
Vəzifəyə dair tələblər:
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Analoji sahə üzrə minimum 2 il təcrübəsi
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilmək;
- Azərbaycan Respsublikasının Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyatı maddələrini bilmək;
- Azərbaycan dili mükəmməl bilməlidir.