A - Group Insurance Company
Çağrı mərkəzinə mütəxəssis (HƏKİM)
Son tarix 03 iyn 2024 - [email protected]
İş barədə məlumat:
- İş rejimi 2 növbəlidir,
- Əmək Məcəlləsinə uyğun olaraq rəsmi qeydiyyat
- Tibbi sığorta qarşılanır.
Vəzifə öhdəlikləri:
- Çağrı Mərkəzinə bütün əlaqə vasitələrindən daxil olan (zənglər, WhatsApp, mail, sms, mobil tətbiq, websayt) müştəri sorğularının operativ cavablandırılmaq;
- Xidmətin keyfiyyətini təkmilləşdirmək üçün müştəri rəylərini toplamaq. Müştərilərin etibar və etimadını qazanaraq onlarla məhsuldar tərəfdaşlıq münasibətləri qurmaq və qoruyub saxlamaq;
- Çağrı Mərkəzinə müraciət edən sığortalının şikayətlərini dinləyərək düzgün yönləndirilmək;
- SŞ bazasında tələb olunan məlumatların qeydiyyata almaq;
- Klinikalardan, aptek və optikalardan daxil olan sorğuların (zəng və ya modul vasitəsi ilə) sığorta planı və daxili prosedur qaydalarına əsasən cavablandırmaq;
- ÇM mütəxəssisinin səlahiyyətindən xaric məsələləri daxili qaydalara əsasən (qırmızı və sarı kod) vaxtında səlahiyyətli şəxsə ötürmək;
- Klinikalarda hospitalizasiyanın, daşınmanın, təcili yardımın təşkil olunmasını təmin etmək, əməliyyata ehtiyac olduqda ekspertləri məlumatlandırmaq;
- Rəhbərlik tərəfindən verilmiş reyestrləri və yeni sığortalıların siyahılarının bazaya daxil etmək;
- Fəaliyyəti ilə əlaqədar hesabatlar hazırlanmaq və müvafiq əməkdaşlara təqdim etmək;
- Problemləri vaxtlı-vaxtında müəyyənləşdirmək və həll yollarını müəyyən etmək;
- Yenilikçi olmaq, işlərin daha yaxşı aparılması üçün təkliflər vermək;
- Aid olduğu Departament və onun tərkibinə daxil olan şöbələr daxilində İdarə Heyəti sədrinin, eyni zamanda Cəmiyyətin İdarə Heyəti və tabe olduğu rəhbəri tərəfindən verilmiş digər vəzifələri yerinə yetirmək.
Tələblər:
- Alı Tibb Təhsili;
- Sığorta sahəsində təcrübə arzuolunandır;
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı, (ingilis dili arzu olunandır);
- Güclü ünsiyyət qurmaq bacarığı;
- Müştəri yönümlü, stressə davamlı;
- MS Office proqramlarını yaxşı bilmək;
- Komandada işləmək bacarığı;
- Detallara diqqət yetirmək bacarığı.
CV-ni email ünvanına göndərə bilərsiniz.