Vakansiya - Çağrı mərkəzi üzrə kiçik mütəxəssis
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil
- Dil bilikləri: rus dili (danışıq və yazı əla səviyyəsində)
- Çağrı mərkəzi və ön ofis sahəsində 2 il iş təcrübəsi
- Qüsursuz və səlis nitq
Vəzifə öhdəlikləri:
- Daxil olan zənglərinqəbul edilməsi
- Zənglərin sistem üzrə qeydiyyatının aparılması
- Xidmət və məhullarla bağlı məlumatların dəqiq və düzgün şəkildə ötürülməsi
- Zənglərin emalı
- Emal olunmuş zənglərin seqmentasiyaya uyğun aidiyyatı üzrə yönləndirilməsi
- Müştəri müraciətlərinin qeydə alınması
- Sistem fəaliyyətinin izlənməsi
- Hədəf axtarış kriteriyalarının tam şəkildə doldurulmsı üçün müştəri məlumatlarının yoxlanılması
Əlavə təminatlar:
- Nahar şirkət tərəfindən verilir;
- Korporativ nömrə ilə təmin edilmə;
- Servis şirkət tərəfindən təmin edilir;
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Çağrı mərkəzi üzrə kiçik mütəxəssis" yazaraq [email protected] ünvanına göndərmələri və formu (https://hr.oba.az/vakansiyalar/cagri-merkezi-uzre-kicik-mutexessis) doldurmaları xahiş olunur.