Azprotein Foods Group
Mühasib
Son tarix 18 may 2024 - [email protected]
Namizədə Tələblər:
- Müfaviq sahə üzrə ali təhsil
- Yaş həddi: 25 - 45 yaş
- Staj: 3 – 5 il (sahə üzrə təcrübə mütləqdir)
- Microsoft Office proqramlarını (Word, Excel) yaxşı səviyyədə bilmək
- 1C mühasibatlıq proqramında işləmək bacarağı və minimum 2 il təcrübə.
Vəzifə öhdəlikləri:
- Əmək haqqı və ezamiyyə xərclərinin hesablanması
- Mühasibat əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi və uçotun aparılması
- Aylıq xərclərin uçotda düzgün əks olunmasına nəzarət edilməsi
- Məhsulların maya dəyərinin hesablanması
- Günlük bank və ƏDV depozit hesabının yoxlanılması, çıxarışların 1 C proqrama daxil edilməsi
- Kreditorlarla qarşılıqlı hesablaşmaların və üzləşmələrin həyata keçirilməsi
- Təhtəl-hesab şəxslərlə hesablaşmalar və avans hesabatının aparılmasını təmin etmək.
Əmək haqqı: 1000 - 1200 manat (təcrübədən asılı olaraq)
İş qrafiki: 6 günlük.
Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servis işləyir (Müəssisə Buzovna qəsəbəsində yerləşir).
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur.