27 noyabr tarixdən etibarən LPO “Muğanbank” ASC də qorunan əmanətlər üzrə kompensasiyalarin ödənişlərinə başlanılacaq.
FED.az xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.
Məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin İn¬zibati Kollegiyasının 2-3(103)-54/2023 nömrəli 24 oktyabr 2023-cü il tarixli qə¬rarı ilə “Muğanbank” ASC müflis elan edilib və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilib.
Həmçinin "Əmanətlə¬rin sığortalanması haqqında" Qanuna uyğun olaraq “Muğanbank” ASC-də sığorta hadisəsi günü 24 oktyabr 2023-cü il müəyyən edilmişdir.
Məlumat üçün bildiririk ki, kom¬pensasiyaların ödənilməsi 27 noyabr 2023-cü il tarixdən başlayaraq həyata keçiriləcək.
"Əmanətlərin sığorata¬lanması haqqında" Qanunun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kom¬pensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başla¬yaraq bir il ərzində qəbul edir. Kom¬pensasiyaların ödənilməsi üçün sənəd qəbulunun yeri barədə əlavə məlumat veriləcək.
Kompensasiyaların ödənilmə¬si prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondu¬nun saytından əldə etmək olar.