Kənd Təsərrüfatı Nazirliyi
Layihələrinin idarə olunması üzrə aparıcı mütəxəssis / baş mütəxəssis
Son tarix 08 okt 2025 - [email protected]
Əmək funksiyaları:
- Kənd təsərrüfatı infrastruktur layihələrinin hazırlanması və idarə edilməsində iştirak
- Layihələrin texniki-iqtisadi əsaslandırmalarının hazırlanmasına dəstək
- Layihələrin icra qrafiklərinə uyğun monitorinq və hesabatların hazırlanması
- Kənd təsərrüfatı sahəsində beynəlxalq standartların, proqramların, qaydaların və praktikaların tətbiqi ilə bağlı layihələrin hazırlanması və icrasında iştirak
- Aidiyyəti dövlət qurumları, beynəlxalq təşkilatlar və özəl sektorla əməkdaşlıqda iştirak
- Aqroparkların inkişafı və idarə olunması ilə bağlı layihələrdə iştirak
- Nazirliyin digər qurumları ilə qarşılıqlı əlaqəni təmin etmək
Namizədə dair tələblər:
- Təhsil: ali təhsil ( aqrar iqtisadiyyat, aqro mühəndislik, iqtisadiyyat, idarəetmə və əlaqəli ixtisaslar)
- Staj: layihələrin idarəedilməsi üzrə 1-3 ildən az olmayaraq əmək stajı;
- Xarici dil: ingilis dili və rus dili səlis bilikli namizədlərə üstünlük verilir;
- Aqrar sahə üzrə beynəlxalq standartlar ( Global GAP, Halal və s) üzrə biliklər
- MS Office proqramları (MS Project, MS Excel, MS Visio, MS Power Point) üzrə işləmə bacarığı;
- Analitik və yaradıcı düşüncə, təhlil aparmaq bacarığına malik olmaq;
- Ünsiyyət, komanda ilə işləmə bacarığı.
- Problemlərə sistemli yanaşma və qərarvermə qabiliyyəti
- Nəticəyə istiqamətlənmiş, prioritetləri müəyyən edə bilmək bacarığı
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “rəqəmsal media üzrə mütəxəssis/baş mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Hüquq üzrə baş mütəxəssis
Son tarix 08 okt 2025 - [email protected]
Əmək funksiyaları:
- Daxil olmuş hüquqi aktların, beynəlxalq, mülki, idarələrarası və s. müqavilələrin, təşkilati-sərəncamverici sənədlərin, layihələrin və müraciətlərin hüquqi ekspertizasını keçirmək
- Hüquqi akt layihələrini hazırlamaq, həmin layihələrə dair rəy və təkliflərin bildirilməsi üçün aidiyyəti dövlət orqanlarına təqdim etmək;
- Hüquqi aktların hazırlanması ilə bağlı yaradılmış komissiyalarda, işçi qruplarında müəssisəni təmsil etmək və onların işində iştirak etmək;
- Görülmüş işlər haqqında dövrlər üzrə hesabatların layihələrinə dair rəhbərinə təkliflər vermək;
- Aqrar sahədə hüquqi tənzimləmənin vəziyyətini təhlil etmək, ümumiləşdirmələr aparmaq, bununla əlaqədar təkliflər hazırlayıb təqdim etmək;
- Xarici dövlətlərin təcrübəsini öyrənmək və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
- Daxil olan müraciətlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını və cavablandırılmasını təmin etmək;
- Arayışlar, məlumatlar, hesabatlar və digər aidiyyəti sənədləri hazırlayaraq rəhbərinə təqdim etmək.
Namizədə dair tələblər:
- Təhsil: hüquqşünaslıq ixtisası üzrə ali təhsil;
- Staj: müvafiq sahə üzrə 3 ildən az olmayaraq əmək stajı;
- Yüksək səviyyədə Microsoft Office proqramları ilə işləmək bacarığı;
- Normativləri təhlil etmək və müqayisə aparmaq bacarığı;
- Hüquqi mənbələrdən düzgün istifadə etmək bacarığı;
- Ünsiyyət, komanda ilə işləmə bacarığı;
- Detallara diqqət yetirmə və məlumatların dəqiqliyinə fokuslanma bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Hüquq üzrə baş mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.