Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
İnsan resursları üzrə analitik
Son tarix 13 fev 2026 - [email protected]
Əmək funksiyaları:
- İnsan resurslarına dair məlumatların toplanması, email və sistemləşdirilməsi və təhlili;
- Analitik arayışlar, təqdimatlar və qərar qəbul etməni dəstəkləyən hesabatların hazırlanması;
- Məlumatların vizuallaşdırılması məqsədilə dashboard və qrafik hesabatların hazırlanması (Excel, Power BI və digər müvafiq alətlər vasitəsilə);
- Məlumatların düzgünlüyünün, tamlığının və keyfiyyətinin təmin edilməsi;
- İnsan resursları proseslərinin avtomatlaşdırılması üçün təklifləri hazırlamaq və icrasında iştirak edilməsi;
- İnsan resurslarına dair məlumatların məxfiliyinin və təhlükəsizliyinin qorunması, müvafiq normativ tələblərə riayət olunması.
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil;(İqtisadiyyat, menecment, dövlət idarəçiliyi, insan resurslarının idarə edilməsi və əlaqəli sahələr üzrə)
- Staj: Analoji sahədə 1-3 il iş təcrübəsi;
- Üstünlük hesab olunur: “MOSE” və “PL-300” sertifikatlı namizədlər, İR sahəsində beynəlxalq sertifikatlı namizədlər, İR proseslərinin avtomatlaşdırılması layihələrində təcrübəsi olanlar,
- Texniki bacarıqlar: Microsoft Excel, Power BI proqramlarında yüksək səviyyədə işləmək bacarığı, SQL, VBA və Pyhton üzrə biliklər;
- Yumşaq bacarıqlar: Güclü ünsiyyət bacarığı, komanda və maraqlı tərəflərlə əməkdaşlıq bacarığı, analitik və sistemli düşünmə bacarığı, detallara diqqət və yüksək məsuliyyət hissi
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İnsan resursları üzrə analitik” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.










