Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
Protokol üzrə mütəxəssis
Son tarix 19 dek 2025 - [email protected]
Əmək funksiyaları:
- Rəsmi görüşlər, tədbirlər, müşavirələr və digər tədbirlərin təşkili və protokol qaydalarına uyğun keçirilməsini təmin etmək;
- Qonaqların qəbulu, qarşılanması, yerləşdirilməsi və müşayiət olunması prosesini planlaşdırmaq və əlaqələndirmək;
- Xarici nümayəndə heyətləri ilə yazışmaların, rəsmi məktubların hazırlanmasında iştirak etmək;
- Dövlət bayramları, anım günləri, yubileylər və digər rəsmi tədbirlərlə bağlı protokol tədbirlərinin keçirilməsini təmin etmək;
- Qurumun rəhbərliyinin iştirak etdiyi daxili və xarici səfərlərə hazırlıq işlərinin görülməsini təmin etmək, həmin səfərlərdə protokol xidmətini həyata keçirmək;
- Tədbirlərdə istifadə olunan dövlət rəmzlərinin (bayraq, gerb və s.) düzgün formada təqdim olunmasına nəzarət etmək;
- Tədbirlər zamanı texniki və inzibati təminat məsələlərinin (zalların hazırlanması, oturma ardıcıllığı, qeydiyyat, tərcümə, hədiyyə protokolu və s.) əlaqələndirilməsində iştirak etmək;
- Protokol fəaliyyətinə aid hesabatlar, arayışlar və məlumat sənədləri hazırlamaq.
Namizədə dair tələblər:
- Təhsil: ali təhsil (beynəlxalq münasibətlər, beynəlxalq hüquq, regionşünaslıq, dövlət və ictimai münasibətlər üzrə ali təhsil);
- Staj: müvafiq sahə üzrə 1 ildən az olmayaraq əmək stajı;
- Xarici dil: ingilis dili səlis, rus dili yaxşı səviyyədə;
- Dövlət protokolu qaydaları, etik davranış normaları və rəsmi tədbirlərin keçirilməsi prinsipləri haqqında biliklər;
- Tədbir və səfərlərin təşkilinə dair inzibati prosedurlar və planlaşdırma bacarığı;
- Əlaqələrin idarə edilməsi və koordinasiya bacarığı (xarici nümayəndəliklər, dövlət qurumları və tərəfdaş təşkilatlarla işləmək üçün);
- İşgüzar yazışmaların aparılması bacarığı
- Detallara diqqət yetirmə və məlumatların dəqiqliyinə fokuslanma bacarığı;
- Ünsiyyət, komanda ilə işləmə bacarığı.
- Çeviklik, təşkilatçılıq, problem həll etmə bacarığı
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “protokol üzrə mütəxəssis” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.











