FED.az xəbər verir ki, “İpək Yolu Sığorta” aşağıdakı vəzifələr üzrə işçi qəbulu elan edir:
“İpək Yolu Sığorta” Baş komplayens inzibatçısı vəzifəsinə işçi qəbulu elan edir.
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə) 09:00-dan 18:00-dək.
Vəzifənin öhdəlikləri:
1. sığortaçının fəaliyyətində qanunvericiliyin və daxili qaydaların pozulması halları ilə bağlı əhəmiyyətli komplayens riskləri baş verdiyi halda Direktorlar Şurasına dövri və ya növbədənkənar əsasda hesabatlar təqdim etmək;
2. sığortaçının komplayens riskinin müəyyən edilməsi, qiymətləndirilməsi, idarə edilməsi və monitorinqi üçün daxili prosedur və metodları, həmçinin görüləcək tədbirləri müəyyən etmək;
3. qanunvericiliklə tələb olunan bütün siyasət və qaydaların inventarizasiyasını aparmaq və bu siyasət və qaydalarda tələb olunan məlumatların düzgün şəkildə əks etdirilməsini yoxlamaq;
4. aşkarlanmış və sığortaçının maliyyə dayanıqlığı göstəricilərinə neqativ təsir edəcək komplayens riskləri, habelə onların aradan qaldırılması üzrə görülmüş və (və ya) görüləcək tədbirlər barədə tələb edildiyi halda Mərkəzi Bankı məlumatlandırmaq;
5. sığortaçının əməkdaşları üçün komplayens riskləri ilə əlaqədar təlim proqramı hazırlamaq və aidiyyəti struktur bölmələrlə birgə proqramın icrasını təmin etmək;
6. risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölmə ilə koordinasiyalı formada risklərin idarə edilməsi üzrə sığortaçının daxili qaydalarının hazırlanmasında, həmçinin risk iştahası bəyannaməsinə və risklərin idarə edilməsi siyasətlərinə riayət edilməsinin monitorinqinin aparılmasında iştirak etmək;
7. komplayens risklərinin idarə edilməsi üzrə İdarə Heyəti də daxil olmaqla, birinci müdafiə xəttinə daxil olan struktur bölmələrin fəaliyyətinə davamlı dəstəyi təmin etmək;
8. yeni sığorta məhsullarının və xidmətlərinin hazırlanması və tətbiqi prosesində iştirak etmək, yeni məhsulların və xidmətlərin formalaşdırılması ilə bağlı fəaliyyətin qanunvericiliyə və əlaqəli sığorta siyasətinə, habelə sığorta təcrübəsinə uyğunluğunu qiymətləndirmək, bu məhsulların və xidmətlərin həyata keçirilməsindən qabaq sığortaçının hüquq xidməti və ikinci müdafiə xəttinə daxil olan struktur bölmələrin rəyinin alınmasını yoxlamaq;
9. komplayens risklərinin əhatə olunduğu yeni tələblərlə əlaqədar daxili kommunikasiyanı təmin etmək;
10. sığortaçının fəaliyyəti üzrə qərarvermə prosesində maraqlar münaqişəsini müəyyən etmək və dövri olaraq qiymətləndirmək;
11. sığortaçının fəaliyyəti ilə bağlı vətəndaş müraciətlərinin monitorinqini aparmaq;
12. sığortaçıya və sığortaçının rəhbər işçilərinə tətbiq edilən sanksiyaların, sığortaçı barəsində qəbul edilmiş məhkəmə aktları ilə nəzərdə tutulan tələblərin, Mərkəzi Bank tərəfindən verilən icrası məcburi olan göstərişlərin icrasına nəzarət etmək, habelə müvafiq nəzarət tədbirlərinin sığortalılara təsiri barədə Komplayens Komitəsinə, bu komitə olmadıqda isə Riskləri İdarəetmə Komitəsinə hesabat təqdim etmək.
Namizədə olan tələblər:
İş təcrübəsi və təhsili:
Baş komplayens inzibatçısı – komplayens funksiyası ilə əlaqədar sığortaçının struktur bölmələrinin fəaliyyətinə nəzarəti (kuratorluğu) həyata keçirir.
Baş komplayens inzibatçısının risklərin idarəedilməsi, komplayens, aktuar, daxili audit və ya maliyyə sektorunda hüquq sahəsi üzrə azı 4 (dörd) illik iş təcrübəsinin və məqbul və lazımi keyfiyyətlərə malik olması tələb olunur.
Dil bilikləri: Azərbaycan dilini mükəmməl bilməlidir, ingilis və rus dillərini bilməsi üstünlükdür.
Kompüter bilikləri: Microsoft Office
Vakansiya üçün müraciət qaydası: CV-lər “Baş komplayens inzibatçısı” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.
***
“İpək Yolu Sığorta” Hüquqşünas vəzifəsinə işçi qəbulu elan edir.
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə) 09:00-dan 18:00-dək.
Vəzifənin öhdəlikləri:
- Korporativ fəaliyyətin hüquqi müşayiəti (nizamnamə, reyestr və s. sənədlərin işlənməsi və dövlət qediyyatı);
- Daxili normativ sənədlərin hazırlanması, razılaşdırılması və hüquqi ekspertizası;
- Müqavilələrin hazırlanması işləri, həmçinin sığorta müqavilələrinin hüquqi ekaspertizası;
- Sığorta, korporativ və maliyyə hüququ sahələrində qanunvericiliyin monitorinqi, dəyişikliklər barədə müvafiq struktur bölmələrin məlumatlandırılması;
- Dövlət orqanları, Mərkəzi Bank və auditorlarla işgüzar əlaqələrin hüquqi aspektlərinin idarə olunması, yoxlamaların hüquqi müşayiəti;
- Məsul olduğu sahəyə dair hesabatların hazırlanması;
- Müxtəlif layihələrdə və tenderlərdə iştirak üçün sənədlərin tərtibatı və hüquqi dəstək;
- Məhkəmələrdə, inzibati işlərdə, digər orqanlarda şirkətin adından çıxış etmək.
Namizədə olan tələblər:
İş təcrübəsi və təhsili: Hüquq sahəsi üzrə ali təhsil. Müvafiq sahə üzrə azı 1 il iş təcrübəsi.
Dil bilikləri: Azərbaycan dilini mükəmməl bilməlidir, ingilis və rus dillərini bilməsi üstünlükdür.
Kompüter bilikləri: Microsoft Office
Vakansiya üçün müraciət qaydası: CV-lər “Hüquqşünas” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.