İdarə: “İpək Yolu Sığorta” ASC
Vakansiya: Sığorta mütəxəssisi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00 – 18:00 (bazar ertəsi-cümə)
Vəzifə Öhdəlikləri:
- Risklərin qiymətləndirilməsi, təkliflərin hazırlanması, müştərilərlə danışıqların aparılması;
- Sığorta müqavilələrinin tərtibatı, sığorta müqavilələri üzrə sığorta haqlarının hesablanması;
- Sığorta müqavilələri üzrə sığorta haqlarının düzgün və vaxtında ödənilməsinə nəzarət edilməsi, hər hansı çatışmazlıq olduğu halda Sığorta Şöbəsinin müdirinə məlumatın təqdim edilməsi;
- Sığorta hadisəsinin baş verdiyi məqamdan sonra zəruri sənədlərin toplanmasının həyata keçirilməsi və Əməliyyat şöbəsinə təqdim edilməsi;
- Sığorta hesabatlarının hazırlanması və müxtəlif sorğuların cavablandırılması;
- Bütün xidmətlər üzrə əməliyyatların daxili informasiya sitemində yerinə yetirilməsi;
- Daxili informasiya siteminin daimi olaraq işlək vəziyyətdə saxlanılması məqsədilə sistemlə bağlı irad və təklifləri vermək, hesabat formaları ilə bağlı müvafiq dəyişiklikləri etmək.
Namizədə olan tələblər:
İş təcrübəsi: Aidiyyatı işlər üzrə minimum 1 il iş təcrübəsi (tövsiyə olunur)
- Təhsili: Ali ;
- Dil bilikləri: Azərbaycan dili sərbəst şəkildə yazmaq və danışmaq, rus və ingilis dilləri- arzuolunandır;
- Kompüter bilikləri: MS Office - əla;
- Azərbaycan Respublikasının “Sığorta Fəaliyyəti haqqında Qanun”u bilmək;
- Azərbaycan Respublikasının “İcbari Sığortalar haqqında Qanun”u bilmək;
- Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 50-ci Fəslini bilmək;
- Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Orqanının sığortaya dair Qaydalarını və normativ – hüquqi aktlarını bilmək.
- Beynəlxalq sığorta və broker şirkətlərinin təşkil etdiyi seminarlarda iştirak etmək və müvafiq sertifikatlar almaq (tövsiyə olunur).
- Fərdi keyfiyyət tələbləri: Problemlərin və konfliktlərin həll edilməsi, kollektivlə işləmək bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər CV formasını [email protected] elektron ünvanına göndərə bilərlər.