İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Göndərişlər şöbəsinə mütəxəssis (1 illik sosial məzuniyyət yerinə)
Son tarix 02 apr 2025 - [email protected]
Təklif etdiyimiz imkanlar:
- Gənc və peşəkar kollektivdə çalışma şansı;
- Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
- Karyera inkişafı üçün yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafatlandırma sistemi.
Tələb olunan səriştə və təcrübə:
- Təhsil: Ali tibbi təhsil;
- Təcrübə: Tibb sahəsində 1 ildən az olmayaraq ümumi əmək stajı (tibbi sığorta şirkətlərində iş təcrübəsi üstünlükdür);
- Texniki biliklər: Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək, səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliklər;
- Şəxsi bacarıqlar: Yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarığı, vaxtın idarə olunması, problemləri həll etmə bacarıqları;
- Dil bilikləri: Xarici dil bilikləri arzuolunandır.
Vəzifə öhdəlikləri:
- Müalicə üçün göndərişlərə Agentliyin vahid elektron informasiya sistemi üzərində nəzarət etmək;
- Müqaviləli özəl tibb müəssisələrinə birbaşa təcili müraciətlərlə bağlı məktublara cavab vermək;
- Dövlət xəstəxanaların göndərişlər üzrə məsul şəxslərlə əlaqə saxlamaq və göndərişlərə aid müvafiq düzəlişlərə nəzarət etmək;
- Digər şöbələrdən müraciətləri araşdırmaq və yaranan mübahisəli məsələləri həll etmək;
- Şöbə müdirindən daxil olan bütün müraciətləri və müvafiq sənədləri qəbul edərək gündəlik iş planına daxil etmək və rəhbəri ilə razılaşdırmaqla müvafiq yazılı və ya şifahi cavab hazırlamaq.
İş şəraiti:
- İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
- İş saatı: Mövcud iş saatlarından birinin seçimi ilə;
- İş yeri: Bakı şəhəri, Lev Tolstoy 170.
Seçim mərhələləri:
- Müraciətlərin nəzərdən keçirilməsi
- Test mərhələsi
- Müsahibə mərhələsi
Müraciət qaydası:
- CV-lərinizi elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
- Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı mütləq qeyd edilməlidir;
- Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!