Ədliyyə Nazirliyi
Maliyyə və satınalmalar üzrə mütəxəssis
Son tarix 01 noy 2022 - [email protected]
Səhiyyə Nazirliyi Əsas Resipiyent (ƏR), Ədliyyə Nazirliyinin (ƏN) Tibb baş idarəsi (TBİ) Sub-resipiyent olduğu, Qlobal Fondun maliyyə dəstəyi ilə Penitensiar müəssisələrdə icra edilən “Azərbaycan Respublikasında yüksək riskə məruz qalan əhali qrupları üçün milli imkanların, profilaktika və müalicə xidmətlərinin gücləndirilməsi vasitəsilə İİV epidemiyasına qarşı cavab tədbirlərinin genişləndirilməsi və zəruri ÇDD/GDD vərəm xidmətlərinə çıxışın və keyfiyyətinin davamlılığının təmin edilməsi” Layihəsinin İcra Qrupunun (LİQ) maliyyə və satınalmalar üzrə mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Layihənin icra müddəti: 30.06.2024-ci ilə qədər, sonradan uzadılmaq perspektivi ilə.
Maliyyə və satınalmalar üzrə mütəxəssisin vəzifə öhdəlikləri:
-
Layihədə müəyyən olunan fəaliyyətlərin Azərbaycan Respublikasının qanunvericiliyinə, QF normativ sənədlərinə, təlimatlarına və qərarlarına, Əsas Resipiyentin (ƏR) tələbinə və TBİ göstərişlərinə müvafiq vaxtı-vaxtında icrasını təmin etmək
-
Öz fəaliyyətlərini PM iş spesifikasına müvafiq qurmaq, onunla ziddiyyət yaratmamaq və ümumi yekun nəticəyə yönəltmək
-
Tender sənədlərinin hazırlanması və müzakirə olunması, həmçinin, bütün maliyyə aspektlərinin analizi və qiymətləndirilməsində bilavasitə iştirak etmək (ödəmə mexanizmləri, büdcə, vaxt cədvəlləri, mədaxil və s.)
-
Layihənin icra olunmasına dair rüblük, yarımillik, illik və digər maliyyə hesabatların ƏR-ə təqdim edilməsini təmin etmək
-
ƏR, QF və ƏN TBİ maliyyə nizamnamələrinə əməl olunmanı təmin etmək
-
Hesabat prosesindəki problemləri aşkarlamaq və onları aradan qaldırmaq
-
Mühasibat praktikasında ümumi qəbul olunmuş maliyyə xərclərinin qeydiyyatı sistemini aparmaq; bütün mühasibat/ ƏR, QF mütəxəssisləri və xarici auditorları üçün maliyyə sənədlərini hazırlamaq
-
Büdcənin və xərclərin müqayisəsini aparmaq, aşkar olunmuş uyğunsuzluqların analizinə dair aylıq, rüblük və yarımillik hesabatları hazırlamaq
-
Malların/xidmətlərin icraçı tərəflərə çatdırılması/mübadiləsi prosesinin şəffaf, effektiv, vaxtı-vaxtında aparılmasını təmin etmək
-
Tender sənədlərini hazırlamaq və bu sənədlərin tenderdə iştirak etmək istəyən şəxslərə təqdim etmək
-
Tenderdə iştirak etmək istəyənlərin təkliflərini (təkliflərin vaxtı-vaxtında alınması, əlavə məlumatların tələb olunması və s.) Tender Komissiyasının iclasları üçün hazırlamaq və tenderdə iştirak edənlərlə əlaqə saxlamaq
-
Bütün tərəfdaşlarla lazımi əməkdaşlıq qurmaq
Korporativ bacarıqlar:
-
Maliyyə və satınalmalar üzrə mütəxəssis layihəyə bağlılığını, bilik mübadiləsi aparmaq cəhdlərini və müxtəlif insanlara qarşı loyal münasibət nümayiş etdirməlidir
-
PM kimi spesifik və gərgin şəraitdə işləməyi bacarmalıdır
Əsas bacarıqlar və təcrübə:
-
Maliyyə sahəsində bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlük hesab edilir)
-
Maliyyə, iqtisadiyyat, ticarət, idarəetmə və digər müvafiq sahədə ali təhsil arzuolunandır
-
İqtisadıyyat və/və ya Mühasibat sahəsində iş təcrübəsi
-
Satınalma sahəsində iş təcrübəsi
-
Səhiyyə layihələrində iş təcrübəsi üstünlük hesab edilir
-
Iri büdcəli layihələrdə iş təcrübəsi
-
Azərbaycan, Rus və İngilis dillərini sərbəst yazmaq və danışmaq bacarığı
-
Ofis proqramlarında mükəmməl işləmək bacarığı
Namizədin CV-si göndərilməlidir. Müraciətlər 31.10.2022 tarixində 18.00-a qədər qəbul ediləcək. Müsahibə üçün seçilmiş namizədlər elektron məktubla və telefon əlaqəsi yaradılmaqla məlumatlandırılacaq.