Dövlət qurumu
Satınalmalar üzrə aparıcı mütəxəssis
Son tarix 01 iyn 2024 - [email protected]
Vəzifənin profilinə aşağıdakılar daxildir:
- Ali təhsil (iqtisadi təhsil və bənzər ixtisaslar arzuolunandır);
- Satınalmalar sahəsində minimum 3 il iş təcrübəsi.
- Sahə üzrə müvafiq sertifikatlar arzuolunandır.
Bilməlidir:
- Dövlət satınalmaları haqqında qanunvericilik;
- Ofis proqramları(sərbəst);
- Azərbaycan dili sərbəst, ingilis və rus dili arzuolunandır.
Öhdəliklər:
- Satınalma prosedurlarının həyata keçirilməsi üzrə işlərin təşkilini və icrasını həyata keçirmək, o cümlədən Satınalma Komissiyasının işində bilavasitə iştirak etməklə zəruri təşkilati və texniki dəstəyi göstərmək, satınalmalar barədə elanları yerləşdirmək, bütün satınalma metodlarının tələblərindən irəli gələn digər işləri həyata keçirmək;
- Satınalma müqavilələrinin tərtibi üçün müqavilə sifarişlərini tələb olunan şərtlər və rekvizitlər əsasında düzgün formalaşdırmaqla, aidiyyəti üzrə vaxtında təqdim edilməsini təmin etmək;
- Satınalma müqavilələrinin, həmin müqavilələrə əlavə və dəyişikliklərin təsdiqlənməsi ilə bağlı işləri icra etmək, habelə satınalma müqavilələrinin şərtlərinin dəqiqləşdirilməsi ilə bağlı təchizatçı və aidiyyəti sifarişçi struktur bölmə ilə müzakirələr aparmaq;
- Müqavilələrin şərtlərinin vaxtında, dəqiq yerinə yetirilməsinə və icrasına nəzarət etmək;
Davranış Bacarıqları:
- Analiz və təhlil bacarıqları;
- Təqdimat bacarığı;
- Komandada işləmə bacarığı;
- Punktuallıq;
- Detallara diqqət.
Əmək haqqı: Müsahibə mərhələsində razılaşdırılacaq.
Maraqlanan şəxslərdən CV formasını elektron poçt ünvanına mövzu hissəsinə “Satınalmalar üzrə aparıcı mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 31.05.2024