Dövlət qurumu
İctimaiyyətlə əlaqələr şöbə Rəhbərinin assistenti
Son tarix 24 fev 2024 - [email protected]
Öhdəliklər:
- Mətbuat və ictimai məlumat sorğularının cavablandırılması və ya müvafiq səlahiyyətli şəxsə yönləndirilməsi;
- Beynəlxalq və yerli tədbirləri təşkil etmək;
- Kütləvi informasiya vasitələrinin (KİV) əhatə dairəsinin təsirinin təhlil edilməsi;
- Kommunikasiya üçün nəzərdə tutulmuş nitqlərin, məqalələrin, press-relizlərin və digər sənədlərin hazırlanması;
- Media qurumları ilə əlaqələrin formalaşdırılması və inkişaf etdirilməsi;
- Mətbuat konfranslarının və müsahibələrin təşkil edilməsi;
- Mətbuatın gündəlik izlənilməsi;
- Kommunikasiya üçün nitqlərin yazılması və brifinq sənədlərinin hazırlanması;
- PR mətnlərin KİV-də və sosial mediada yerləşdirilməsinə nəzarət olunması, media hesabatların hazırlanması.
Tələblər:
- AR vətəndaşlığı;
- 24-32 yaş;
- Minimal iş təcrübəsi – 1-3 il;
- Hərbi mükəlləfiyyət ; (Bəy namizədlər üçün mütləq tələb)
- Yerli medianı yaxından tanımaq və daha öncə aktiv əməkdaşlıq etmək;
- Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
- Güclü kommunikasiya və təqdimat bacarığı;
- Ali təhsil;
- Azərbaycan, rus və ingilis dillərində mükəmməl danışıq və yazı qabiliyyəti;
- Orfoqrafik yazı qaydalarını mükəmməl bilmək;
- Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti;
- Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
- Kollektivdə çalışmaq qabiliyyəti.
*Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir.
Əmək haqqı: 2000 AZN
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “İctimaiyyətlə əlaqələr şöbəsi, şöbə rəhbərinin assistenti” yazaraq göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.