Azərbaycanda fəaliyyət göstərən bəzi şirkətlər müxtəlif kateqoriyalı və təyinatlı sürücülər üzrə vakansiyalar elan ediblər.
VAKANSİYA-1
İşəgötürən: North West Construction
“TİR Sürücusü”
Vəzifə öhdəlikləri:
• Tentli yarımqoşqulu avtomobillərin idarə edilməsi
• Yüklərin təyinat məntəqəsinə təhlükəsiz və müəyyən edilmiş vaxtda çatdırılması
• Nəqliyyat vasitəsinə müvafiq texniki xidmətin vaxtı-vaxtında göstərilməsi, ehtimal olunan nasazlıq zamanı rəhbərliyə məlumatın verilməsi və nasazlıqların aradan qaldırılması
• Nəqliyyat vasitəsinin təmizliyinə və səliqəli olmasına nəzarət edilməsi
• Yük və nəqliyyat vasitəsinə aid olan sənədlərə nəzarət və müvafiq yerdə saxlanılması
• Hesabatların dəqiqliklə və vaxtında rəhbərliyə təhvil verilməsi
Tələblər:
• Yaş həddi: 25 – 60
• B CE kateqoriyalı sürücülük vəsiqəsi
• Yol hərəkəti qaydalarını bilməli
• Müvafiq sahə üzrə minimum 5 il təcrübəsi
CV-lərinizi [email protected] elektron ünvana “TİR Sürücüsü” başlığı ilə göndərməyiniz mütləqdir.
Əlaqə üçün: 012 404 88 22, 050 291 91 09
VAKANSİYA-2
İşəgötürən: R-Pharm
SÜRÜCÜ
Əsas vəzifə və öhdəliklər:
• İşçilərin və qonaqların təhlükəsiz və vaxtında müəyyən olunmuş yerlərə çatdırılması;
• Şirkət tərəfindən təqdim olunmuş avtomobilin səliqəli istifadəsinin təmin olunması;
• Nəqliyyat vasitəsinin səmərəli istismarına, təmizliyininə və eyni zamanda sərnişinlərin və yüklərin təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
• Nəqliyyat vasitəsinin qeydiyyatlardan (texniki baxış, sığorta və s.) keçirilməsi;
• Nəqliyyat vasitəsinin yağının, filterlərin və digər lazımi hissələrinin dəyişdirlməsində məsuliyyət daşıyır;
• Nəqliyyat vasitəsinin servis kitabçasında bütün qeydlərin aparılması;
• Şirkətin fəaliyyəti üçün ofis daxilində/xaricində inzibati işlər üzrə tapşırıqların yerinə yetirilməsi;
• Şirkəti düzgün təmsil etməyə, bu sahədəki geyim, davranış, etik qaydalar və şirkət dəyər və prinsiplərinə uyğun davranmaq.
Tələblər:
• Ən azı 3 illik təcrübə;
• Sürücü kateqoriyası-B, C;
• Dil bilkləri: Azərbaycan (səlis), Rus (səlis)
• Yaşayış yeri: Bakı şəhəri daxilində;
• Dəqiqlik və məsuliyyət;
Yuxarıda sadalanan tələblərə cavab verən namizədlərin Mövzu yerinə vakansiya adı kimi “Sürücü” qeyd edərək [email protected] e-mail ünvanına müraciət etmələri xahiş olunur.
VAKANSİYA-3
İşəgötürən: Company
Vəzifənin adı: Operator/sürücü (bekoloder)
İş yeri: Gəncə ətrafı
Əsas vəzifə öhdəlikləri:
- Peşekarlıq ve profesionallıq;
- Bekoloder, ekskavator və digər texnikalar üzrə iş təcrübəsi olması;
- Texnikanın profesional seviyyede idare olunması;
- Tehlükesizlik normalarına riayyet etmek;
- Mesuliyyet, deqiqlik, dikketçilik;
- Yol hereketi qaydalarına riayyet olunmas;
- Ona etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə görə cavabdehlik daşıyır;
Vakant vəzifə üzrə tələblər:
• Orta təhsil
• Bu sahə üzrə 3 il iş təcrübəsi, 30-50 yaş arası
• Əməksevər
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (CV - foto şəkil ilə) [email protected] elektron poçtun ünvanına göndərə bilərlər.
VAKANSİYA-4
İşəgötürən: ABA Logistics
Şirkətimiz 2006-cı ildən beynəlxalq və ölkə daxili daşımalar üzrə fəaliyyət göstərir. Biz peşəkar komandamıza yüksək potensiallı, savadlı, yeniliklərə açıq, şirkətimizin siması olacaq, karyerasını böyük korporativ şirkətdə qurmağı hədəfləyən “TİR Sürücusü” vəzifəsində çalışmaq istəyən namizədlər axtarırıq.
Vəzifə öhdəlikləri:
• Tentli yarımqoşqulu avtomobillərin idarə edilməsi
• Tent və Ref tipli avtomobilin idarə edilməsi
• Yüklərin təyinat məntəqəsinə (Bakı – Avropa - Bakı) təhlükəsiz və müəyyən edilmiş vaxtda çatdırılması
• Nəqliyyat vasitəsinə müvafiq texniki xidmətin vaxtı-vaxtında göstərilməsi, ehtimal olunan nasazlıq zamanı rəhbərliyə məlumatın verilməsi və nasazlıqların aradan qaldırılması
• Nəqliyyat vasitəsinin təmizliyinə və səliqəli olmasına nəzarət edilməsi
• Yük və nəqliyyat vasitəsinə aid olan sənədlərə nəzarət və müvafiq yerdə saxlanılması
• Hesabatların dəqiqliklə və vaxtında rəhbərliyə təhvil verilməsi
Tələblər:
• Yaş həddi: 25 – 65
• B CE kateqoriyalı sürücülük vəsiqəsi
• Yol hərəkəti qaydalarını bilməli
• Xarici pasportun olması
• Müvafiq sahə üzrə minimum 5 il təcrübəsi
• Taxo Card-ın (taxoqraf çipi) olması
• ADR sertifikatının olması
• Nəqliyyat vasitəsinə və yükə aid sənədlərlə (CEMT, (EKMT) CMR, TIR CORNET) işləmək bacarığı
• Avropa üzrə yollarda iş təcrübəsi
Avtomobillərimiz:
• Tent yarımqoşqulu İveco, Reno və s., Euro -5 avtomobillər.
Şirkət təklif edir:
• AR Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə
• Rəsmi əməkhaqqı
• Gündəlik yemək xərcləri
CV-lərinizi [email protected] elektron ünvana “TİR Sürücü” başlığı ilə göndərməyiniz mütləqdir.
Əlaqə üçün: 012 488 68 75, 050 212 61 56
VAKANSİYA-5
İşəgötürən: Buta Construction
“Buta Construction” Qapalı Səhmdar Cəmiyyəti aşağıdakı vakansiya üzrə namizəd axtarır:
Sürücü
- Təhsil : Orta / Ali təhsil
- İş təcrübəsi : 3 ildən 5 ilə qədər
- Yaş : 28 - 50
- Cins : Kişi
- Minimum 3 il iş təcrubəsi
- BC mütləq kateqoriyalı sürücülük vəsiqəsi.
- Yol hərəkəti qaydaları biliyi – yüksək səviyyədə
- İşində ciddi və məsuliyyətli olmalı
- Şəhəri yaxşı tanımalı
- Ünsiyyət qurma bacarığı
- Komandada işləmə bacarığı və etibarlılıq
- Operativlik, dəqiqlik, məsuliyyət
CV üçün e-mail: [email protected] (Sürücü başlığı ilə göndərməniz xahiş olunur).
VAKANSİYA-6
İşəgötürən: Autostar Kaukasus Qmbh Azərbaycan
Sürücü (D/DE kateqoriyalı) - “Autostar Kaukasus Qmbh Azərbaycan” (Mercedes-Benz)
Namizədə tələblər
• Sürücülük vəsiqəsi ( “D” və ya “DE” kateqoriyası);
• Minimum 8 il sürücülük təcrübəsi olmalı;
• Səliqəli, ciddi və məsuliyyətli olmalı;
• Şəhər küçələrinin rəsmi adlarını və yerləşməsini yüksək səviyyədə bilməli;
• Rus dili arzuolunandır.
Vəzifə öhdəlikləri:
• Əməkdaşların (qonaqların) təyin olunan ünvanlara təhlükəsiz şəkildə və vaxtlı-vaxtında çatdırılması;
• Avtomobilin xəttə çıxmazdan əvvəl texniki vəziyyətinin yoxlanılması, iş zamanı ortaya çıxan və mexanizmin sökülməsini tələb etməyən xırda nasazlıqların aradan qaldırılması;
• Avtomobilin saz vəziyyətdə saxlanılmasının, texniki baxışın göstərilməsinin təşkili, avtoanbar ərazisinin abadlaşdırılması və təmizlənməsi üçün tədbirlərin həyata keçirilməsi;
• Nəqliyyat vasitəsinin vaxtında lazımi xidmət göstərilməsinə və düzgün saxlanılmasına, texniki vəziyyətinə, səliqəliliyinə və təmizliyinə nəzarət, avtomobilin nasazlığı haqqında rəhbərliyin məlumatlandırılması;
• Avtoanbarın giriş yolunun yüklənməsi və nəqliyyat vasitələrinin saxlanma ərazisinə kənar şəxslərin daxil olmamasına nəzarət, avtomobillərin inventarizasiyasında iştirak və müvafiq sənədləşmənin aparılması.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV-lərini [email protected] elektron ünvanına təqdim edə bilərlər.
VAKANSİYA-7
İşəgötürən: Company
Vakansiya: Şəxsi sürücü
Tələblər:
- Sürücülük təcrübəsi - 3 ildən artıq
- Sürücülük vəsiqəsi – B kateqoriyası
- Yaş həddi: 30 - 50 yaş
- Azərbaycan və rus dillərini bilməsi mütləqdir
- Nizam intizamlı, məsuliyyətli, işində dəqiq olmağı vacib şərtdir
Vəzifələr:
- Avtomobilin idarə edilməsi
- Nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqların vaxtında aradan qaldırılması
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət edilməsi
İş barədə məlumat
- Əmək məcəlləsinə uyğun sənədləşmə
- İş qrafiki: I-VI günlər, 08:00-19:00
- Əmək haqqı: 700 AZN-dən
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Şəxsi sürücü” qeyd edərək CV- lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.