FED.az xəbər verir ki, Bakı Fond Birjası daxili Auditor vakansiyası elan edir.
Eləcə də bax: "Ricon" işçi axtarır - VAKANSİYA
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, fərdi və korporativ dəyərlər yaratmaq istəyən, ən əsası isə inkişaf etməkdə olan sektorun bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Vəzifə öhdəlikləri:
• Daxili nəzarət sistemlərinin effektivliyinin və uyğunluğunun yoxlanılması və qiymətləndirilməsi;
• Risklərin qiymətləndirilməsi metodologiyası və risklərin idarə edilməsində prosedurlarının tətbiqinin və effektivliyinin yoxlanılması və qiymətləndirilməsi;
• Aktivlərin qorunması sistemlərinin yoxlanılması və qiymətləndirilməsi;
• Risk ehtimalı ilə əlaqədar kapitalın yoxlanılması və qiymətləndirilməsi;
• Fəaliyyətlərin səmərəliliyinin və xərclərin effektivliyinin (qiymət baxımından sərfəlilik) qiymətləndirilməsi;
• Qayda və prosedurların həyata keçirilməsi, qanunvericiliyə və davranış məcəlləsinə riayət olunmasını təmin edən sistemlərin yoxlanılması və qiymətləndirilməsi;
• Maliyyə və idarəedici məlumatların, o cümlədən xarici istifadəçilərə verilən hesabatların etibarlılığı, tamlığı, düzgünlüyü və vaxtlı-vaxtında hazırlanmasının yoxlanılması və qiymətləndirilməsi;
• Elektron informasiya sistemlərinin fasiləsizliyinin və etibarlılığının yoxlanılması və qiymətləndirilməsi;
• Qəbul olunmuş qərarların icrasının təftişinin və auditinin aparılması;
• Maliyyə resurslarının planlaşdırılması və büdcənin icrasının yoxlanılması və qiymətləndirilməsi;
• Korporativ idarəetmə prosesini qiymətləndirilməsi və təkmilləşdirilməsinə dair tövsiyələrin verilməsi;
• Uçot, statistika, məlumatların ötürülməsi, işlənilməsi, məlumat təhlükəsizliyinə icra və nəzarət sisteminin yoxlanılması və qiymətləndirilməsi;
• Auditin nəticələri, verilmiş tövsiyələr və onların icra müddətlərinin müəyyən edilməsinə dair hesabatların tərtib edilməsi;
• Verdiyi tövsiyələrin icrasına nəzarətin həyata keçirilməsi;
• Müşahidə Şurası və Audit Komitəsi tərəfindən verilmiş digər tapşırıqların icrasının təmin edilməsi;
• Audit sübutları və işçi materiallarının arxivləşdirilməsi.
Vakant vəzifə üzrə tələblər:
• İqtisadi/hüquqi ali təhsil;
• Maliyyə sektorunda minimum 3 il iş təcrübəsi;
• Ofis proqramları və 1C proqramında işləmək bacarığı;
• Beynəlxalq daxili audit standartları və yerli qanunvericilik ilə tanışlıq;
• Analitik təhlil və prosesləri qiymətləndirmə/optimallaşdırma/test etmə bacarıqları;
• Azərbaycan, rus və ingilis dillərini bilmək;
• Hesabat/Təqdimat hazırlanması və yazı bacarıqları;
• Qiymətli Kağızlar sahəsində və ya beynəlxalq audit şirkətlərində çalışan, eləcə də beynəlxalq maliyyə sertifikatları olan namizədlərə əlavə üstünlük veriləcəkdir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 May 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.