Azərbaycan şirkətləri işçilər axtarır - MAAŞ 1200-1500-2000-2500 MANAT- VAKANSİYALAR
Bu şirkətlər işçi yığır: əmək haqqı 350-500-600-700-800-900-1000-1200-1500 manat - 22 VAKANSİYA
Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 3300 MANAT- VAKANSİYA
SOCAR-da yaradılan yeni qurum işçilər axtarır - VAKANSİYALAR
"Para" BOKT çoxsaylı işçilər axtarır - MAAŞ 400-700-1000-1500 MANAT - 35 VAKANSİYA
"Kontakt Home" işçi axtarır - VAKANSİYA
Azərbaycanın ən böyük bankı - ABB çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
"Ram Holding" işçilər axtarır - MAAŞ 400-500-1000-1200-1500 MANAT - VAKANSİYALAR
"Providence Doytch Limited" işçilər axtarır - MAAŞ 500-1200-1500-2000-2500 MANAT - VAKANSİYALAR
ABB ASC
Kiçik və orta biznes müştərilərlə iş şöbəsinə təcrübəçi (Müştəri meneceri)
Son tarix 17 apr 2023 - Müraciət et
Görəcəyiniz işlər:
-
KOS müştərilərin Banka cəlbini və məhsul satışını həyata keçirmək;
-
KOS subyekti olan müştərilər üzrə əməliyyat sorğularını lazımi struktur orqanlarla əlaqələndirmək, əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək, yarana biləcək problemlərin həllinə sonadək dəstək olmaq;
-
Kredit sifarişi üzrə təhlil prosesində məlumatların yığılmasında iştirak etmək;
-
KOS subyekti olan müştərilər üzrə gecikmələrin ilkin təqibini həyata keçirmək;
-
KOS subyekti olan müştərilər üzrə ilkin sənəd dövriyyəsini həyata keçirmək;
-
Mövcud müştəri portfeli üzrə əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək, yarana biləcək problemlərin həllinə sonadək dəstək olmaq.
Bizim üçün ideal namizəd:
-
Ali iqtisadi təhsili olan;
-
Azərbaycan dilini səlis bilənə;
-
Yüksək səviyyədə ünsiyyət qurma bacarığı olan;
-
Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri olan olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Büdcə şöbəsinə mütəxəssis / aparıcı / baş mütəxəssis
Son tarix 17 apr 2023 Müraciət et
Görəcəyiniz işlər:
-
Büdcə layihələrinin hazırlanmasında struktur bölmələrə dəstək olmaq;
-
Struktur bölmələrdən əldə olunan büdcə məlumatlarının dəqiqlik və dolğunluq baxımından təhlil etmək;
-
İllik icmal büdcənin hazırlanmasında iştirak etmək;
-
Hər bir hesabat dövrünün sonunda büdcə məlumatlarını faktiki göstəricilərlə müqayisə etmək və kənarlaşmaların səbəblərini aydınlaşdıraraq məruzə etmək;
-
Struktur bölmələr tərəfindən vəsaitlərin istifadəsinə nəzarət etmək;
-
Məhsulun maya dəyərinin hesablanması ilə bağlı hesablamaların aparılması;
-
Struktur bölmələr tərəfindən göndərilən sorğuların cavablandırılması və dəstək göstərilməsi ;
-
KPİ hədəflərinin təyini və hesablanmasına nəzarət etmək;
-
Müəyyən edilmiş müxtəlif maliyyə göstəriciləri üzrə mütəmadi olaraq Bankın fəaliyyətini təhlil etmək və bu barədə rəhbərliyə məlumat təqdim etmək.
Bizim üçün uyğun namizəd:
-
Ali Maliyyə və İqtisadi sahədə təhsilə (ACCA və CFA sertifikasiyası üstünlükdür);
-
Excel proqramanı yüksək səviyyədə bilən;
-
Sahə üzrə minimum 2 il iş təcrübəsinə;
-
Analitik təhlil bacarığına;
-
Komandada iş bacarıqlarına sahib olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
MHBS hesabatlıq şöbəsinə mütəxəssis / aparıcı / baş mütəxəssis
Son tarix 17 apr 2023 Müraciət et
Görəcəyiniz işlər:
-
Bankın MHBS (İFRS) hesabatların hazırlanmasında iştirak etmək;
-
Kənar auditorlarla koordinasiya, sorğuların işlənməsi və məlumatların təqdim olunmasında iştirak etmək;
-
Maliyyə və beynəlxalq reytinq institutlarından daxil olan sorğuların aidiyyatı hissələrinin cavablandırılmasında iştirak;
-
Kənar auditor tərəfindən tələb olunan audit sübutlarının bankın digər strukturlarından toplamaq və təqdim etmək.
Bizim üçün uyğun namizəd:
-
Ali təhsilli (maliyyə və iqtisadi sahədə təhsil üstünlükdür);
-
ACCA imtahanlarında ən az AB (F1), MA (F2), FA (F3), LW (F4) və FR (F7) imtahanlarında uğurla keçmiş namizədlərə üstünlük veriləcək;
-
Maliyyə hesabatlarının beynəlxalq standardlarının tətbiqi üzrə yüksək biliklərə sahib;
-
Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilən;
-
Excel proqramları üzrə biliklərə sahib;
-
Analitik təhlil bacarığı olan;
-
Audit şirkətlərində minimum 1-3 il iş təcrübəsi olan; (Böyük dördlük audit şirkətlərində təcrübəsi olan namizədlərə üstünlük veriləcək)
-
Komandada iş bacarıqlarına sahib olan.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Kredit risklərinin idarə edilməsi şöbəsinə mütəxəssis / aparıcı / baş mütəxəssis
Son tarix 17 apr 2023 Müraciət et
Görəcəyiniz işlər:
-
Stress-test və ssenari təhlili modellərinin hazırlanması, tətbiq edilməsi və nəticələri ilə bağlı təkliflərin verilməsi;
-
Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq aktivlərə ehtiyyatların yaradılması və yaradılmasına nəzarət;
-
PD, LGD və EAD modelləşdirməsi;
-
Bankın mövcud risk iştahası limitləri və göstəricilərinin təkmilləşdirilməsi istiqamətində mütəmadi təkliflər verilməsi;
-
Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
-
Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi;
-
Kredit risklərinin idarə edilməsi istiqamətində hesabatların hazırlanması;
-
Kredit risklərinin idarə edilməsi istiqamətində digər tapşırıqların icrası.
Bizim üçün uyğun namizəd:
-
Ali iqtisadi təhsilə;
-
Kredit risklərinin idarə edilməsi sahəsində minimum 2 il iş təcrübəsinə;
-
Yüksək ünsiyyətqurma qabiliyyətinə;
-
Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyətinə;
-
Əla səviyyədə Excel və SQL biliklərinə sahib olması (Əlavə statistik proqram biliyi arzu olunandır R\python\SAS\Tibco və.s);
-
Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyətinə sahib olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Monitorinq şöbəsinə mütəxəssis / aparıcı / baş mütəxəssis
Son tarix 17 apr 2023 Müraciət et
-
Bankın kreditləşmə prosesinin bütün mərhələlərində seçilmiş meyarlar əsasında biznes və istehlak kreditlərinin monitorinqinin aparılmaq;
-
Kredit portfelinin və hər bir müştərinin risk göstəricilərinə əsasən Erkən Xəbərdarlıq Sisteminin qurulması və mütəmadi olaraq təkmilləşdirilmək;
-
Biznes kreditləri üzrə müştərilərin maliyyə dayanıqlığının mütəmadi olaraq izlənilməsi, onların fəaliyyətinin müxtəlif keyfiyyət göstəriciləri əsasında təhlil etmək;
-
Bankın əməkdaşlıq etdiyi mənzil-tikinti kooperativlərinin tikintisinin vəziyyətinə nəzarət və monitorinqləri aparılmaq;
-
Kreditlərə qoyulan kovenantların icra olunmasının mütəmadi olaraq izlənilmək;
-
Mütəmadi olaraq monitorinq fəaliyyətini əks etdirən müvafiq hesabatların İdarə Heyətinə, Kredit komitələrinə, həmçinin Strategiya və Risklərin idarə edilməsi komitəsinə təqdim etmək üçün hazırlanmaq.
Bizim üçün uyğun namizəd:
-
Ali iqtisadi təhsilə ;
-
Yüksək səviyyədə MS Office proqramlarında işləmək bacarığa (SQL və Python bilikləri üstünlükdür);
-
Bu sahəyə uyğun 1-3 il iş təcrübəyə;
-
İnduktiv və analitik təhlil bacarığa;
-
Komandada işləmək bacarığa;
-
Təqdimat və ünsiyyət bacarığına sahib olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Brendin idarə edilməsi şöbəsinə mütəxəssis / aparıcı / baş mütəxəssis
Son tarix 17 apr 2023 Müraciət et
Görəcəyiniz işlər:
-
Hazırlanan məhsul və kampaniyaların reklam konseptinin hazırlanmasını təmin edilməsi;
-
Məhsul və kampaniyaların yayımı üçün kommunikasiya planının hazırlanması;
-
Reklam effektivliyinin ölçülməsini təmin etmək;
-
Marketinq xərclərinə nəzarət etmək;
-
Agentliklərlə işin qurulması və məhsul kommunikasiyası üçün briflərin hazırlanması və təqdim edilməsi
-
Rəqəmsal kanallar vasitəsilə (Sosial şəbəkələr, e-mail sistemləri, mobile marketinq) bank brendi və korporativ məhsullarını potensial hədəf kütləsinə çatdırılmasını təmin etmək;
-
Müvafiq məhsul və xidmətlər üzrə bankın rəqəmsal platformalarda reklam aktivliyini təmin etmək (Facebook, Linkedin, Google Ads);
-
Statistikanın izlənməsi, analitika əsasında alınan nəticələr üzrə kampaniyaların optimallaşdırması üçün hesabatlar vermək;
-
Marketinq trendlərin izlənməsi və onların tətbiqi ilə əlaqədar təklifləri hazırlamaq, seçilən məhsullar və xidmətlər üçün kreativ ideyaların hazırlanmasında aktiv iştirak etmək;
-
Sosial media agentlikləri ilə iş prosesinin koordinasiyası;
-
Bankın korporativ və məhsul saytlarının mütəmadi olaraq yenilənməsi, kontentin hazırlanması və ümumi nəzarətini təmin etmək.
Bizim üçün uyğun namizəd:
-
Ali təhsilə (İqtisadiyyat, Marketinq, Biznesin təşkili, Reklam, Rəqəmsal Marketinq üzrə təhsil arzuolunandır);
-
Azərbaycan dilini səlis bilən, Xarici dil arzu olunandır;
-
Bank sektorunda və ya bank məhsulları ilə iş təcrübəsinə;
-
Ofis proqramlarında sərbəst iş bacarığına (xüsusilə Excel)
-
Ünsiyyət və təqdimat bacarıqlarına;
-
Strateji düşünmək və problemləri həll etmək qabiliyyətinə sahib olan şəxsdir;
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Kreditlərin anderraytinqi şöbəsinə mütəxəssis / aparıcı / baş mütəxəssis
Son tarix 17 apr 2023 Müraciət et
Görəcəyiniz işlər:
-
Korporativ və KOS kreditləri üzrə biznes sifarişlərin risk nöqteyi-nəzərdən təhlili və rəy verilməsi Müxtəlif kredit məhsul növlərinə rəyləri hazırlamaq;
-
Bankın biznes portfelinə daxil olan kreditlərin müxtəlif aspektlərdən təhlil etmək;
-
Biznes kreditlərin təhlilinə dair hesabatların hazırlanmasında iştirak etmək;
-
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların həll etmək.
Bizim üçün uyğun namizəd:
-
Ali iqtisadi təhsilə, ACCA, CFA /FRM üzrə nəaliyyətlər üstünlükdür ;
-
Yüksək səviyyədə MS Office proqramlarında işləmək bacarığına;
-
İnduktiv və analitik təhlil bacarığına;
-
Komandada işləmək bacarığına;
-
Təqdimat və ünsiyyət bacarığına sahib olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Rəqəmsal marketinq şöbəsinə mütəxəssis / aparıcı / baş mütəxəssis
Son tarix 17 apr 2023 Müraciət et
Görəcəyiniz işlər:
-
Rəqəmsal kanallar vasitəsilə (Sosial şəbəkələr, e-mail sistemləri, mobile marketinq) bank brendi və məhsullarını potensial hədəf kütləsinə çatdırılmasını təmin etmək;
-
Bankın sosial şəbəkələrdəki səhifələrinin idarə edilməsini təmin etmək;
-
Bankın rəqəmsal platformada aktivliyinin təmin etmək;
-
Statistikanın izlənməsi, analitika əsasında alınan nəticələr üzrə kampaniyaların optimallaşdırması üçün hesabatlar vermək;
-
Rəqəmsal trendlərin izlənməsi və onların tətbiqi ilə əlaqədar təklifləri hazırlamaq, seçilən məhsullar və xidmətlər üçün kreativ ideyaların hazırlanmasında aktiv iştirak etmək;
-
Sosial media agentlikləri ilə iş prosesinin koordinasiyası;
-
Bankın korporativ və məhsul saytlarının mütəmadi olaraq yenilənməsi, kontentin hazırlanması və ümumi nəzarətini təmin etmək;
-
Rəqəmsal marketinq üzrə tərəfdaşlarla danışıqların aparılması, tender və ödəniş sənədlərinin hazırlanması.
Bizim üçün uyğun namizəd:
-
Ali təhsilə (İqtisadiyyat, Marketinq, Biznesin təşkili, Reklam, Rəqəmsal Marketinq üzrə təhsil arzuolunandır);
-
Azərbaycan, ingilis dillərində mükəmməl səviyyədə danışıq və yazı bacarığına (rus dili arzu olunandır);
-
Rəqəmsal marketinq üzrə minimum 1 il iş təcrübəsinə;
-
Ofis proqramlarında sərbəst iş bacarığına;
-
Ünsiyyət və təqdimat bacarıqlarına;
-
Strateji düşünmək və problemləri həll etmək qabiliyyətinə;
-
CMS-lərlə işləmə bacarığına malik olan şəxsdir;
-
DMI və ya bənzər sertifikatlara malik olması üstünlükdür.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
ABB ASC
Informasiya Təhlükəsizlik sistemləri üzrə kiçik mütəxəssis
Son tarix 15 apr 2023 - Müraciət et
Görəcəyiniz işlər:
-
Kart(Issuing and Acquiring) və digər Rəqəmsal kanallar(Mobile banking, Core Banking and etc.) üzrə keçən şübhəli əməliyyatların monitorinqi, aşkarlaması və ya qarşısının alınması
-
Kart və digər Rəqəmsal kanallar üzrə keçən şübhəli əməliyyatların təhlili.
-
Müştərilər ilə əməliyyatın dəqiqləşdirilməsi
-
Nəticəyə əsasən tədbir planının görülməsi
-
Hesabatların hazırlanması və müxtəlif instansiyalara təqdim edilməsi
Bizim üçün uyğun namizəd:
-
Kompüter elmləri, statistika, informasiya sistemləri, informasiya təhlükəsizliyi üzrə Bakalavr və ya Magistr dərəcəsi
-
Kompüter avadanlığı, əməliyyat sistemi(Microsoft Windows) və ofis proqram təminatı(Microsoft Office(Word, Excel, PowerPoint, Outlook və s.), sorğuların idarə edilməsi sistemləri(JIRA, OTRS, Manage Engine və s.)) ilə işləmə bacarığı
-
Analitik düşünmə bacarığı
-
Məqsədyönlü və tapşırıqları düzgün və vaxtında yerinə yetirmək bacarığı
-
Azərbaycan dilini bilmək mütləqdir. Rus və İngilis dili arzu olunandır
-
İş təcrübəsi arzu olunandır
Korporativ və KOS sahəsinin (Corporate and SME tribe) back-end üzrə aparıcı proqramçısı
Son tarix 15 apr 2023 Müraciət et
Görəcəyiniz işlər:
-
Yeni texnologiyaların araşdırılması və tətbiq olunması;
-
Məhsulun biznes məntiqinin və back-end sisteminin dizayn olunması və proqramlaşdırılması;
-
Front-end proqramçısı ilə sıx əməkdaşlıq edərək funksional, effektli və tam tələblərə cavab verən APİ-ların hazırlanması;
-
Mənbə kodlarının analiz olunması və ehtiyaca uyğun dəyişikliklərin icra olunması;
-
Unit və inteqrasiya testlərinin yazılması və gündəlik tapşırıqlar üçün avtomatik alətlərin hazırlanması;
-
Keyfiyyətli, effektli kodların yazılması və sənədləşdirilməsi;
-
Riskləri və səmərəsiz həll yollarını aradan qaldırmaq üçün ideya və fikirlərin təhlil olunması;
-
Yeni texnologiyaların araşdırılması və tətbiq olunmasıdır.
Bizim üçün uyğun namizəd:
-
Back-end proqramlaşdırma sahəsində minimum 2 illik iş təcrübəsinə;
-
Java8, Java EE, Spring Boot üzrə təcrübəyə;
-
Versiya Kontrol Sistemləri (Git) üzrə dərin biliklərə;
-
RESTful APİ servislərin hazırlanması, istifadə olunması üzrə təcrübəyə;
-
Obyektyönümlü proqramlaşdırma , S.O.L.I.D prinsipləri və Design Patterns barədə dərin biliklərə;
-
Verilənlər bazası sistemləri üzrə təcrübə, SQL və NoSQL bazaları barədə biliklərə; (PostgreSQL, MySQL, Oracle, MongoDB, Redis)
-
Unit, inteqrasiya və APİ üçün effektli testlərin yazılması biliklərinə;
-
Agile Scrum metodologiyası barədə məlumatlılığa;
-
Mikroservis arxitekturası üzrə biliklərə;
-
PL/SQL biliklərinə;
-
Güclü problem həll etmə bacarığına, mürəkkəb məlumatları emal etmək, onları aydın və sadə şəkildə təqdim etmək qabiliyyətinə sahib olan şəxsdir.
Rəqəmsal kanallar sahəsinin (Digital channels tribe) Baş android proqramçısı
Son tarix 15 apr 2023 Müraciət et
Görəcəyiniz işlər:
-
Dizayna uyğun olaraq mobil-app hazırlamaq və lazım gəldikdə texniki məslələri dizaynerlərə bildirmək;
-
Ən son proqramlaşdırma prinsiplərini və sənaye standardlarını tətbiq etmək;
-
Back-end proqramçılarla bərabər işləmək və API-ların inteqrasiyasını təmin etmək;
-
Unit və UI testəri yazmaq və avtomatlaşdırılmış testlərin işini təmin etmək;
-
Yeni ideyaların tətbiqinə fokuslanmaq, effektiv olmayan həllərin tətbiqindən uzaq durmaq.
Bizim üçün uyğun namizəd:
-
Müvafiq sahədə ən azı iki il iş təcrübəsinə;
-
Android SDK, Android müxtəlif versiyaları və ekran ölçüləri ilə bağlı güclü biliklərə;
-
RESTFul APİ-ların mobil tətbiqdən back-end servislərə qoşulmasını təmin etmə bacarığına;
-
Android Uİ dizayn prinsipləri və praktikaları ilə bağlı biliklərə;
-
“Android memory management, threading” və performans optimizasiyası üzrə biliklərə;
-
Biznes tələblərini anlama və onu texniki tələblərə çevirmək bacarığına;
-
FCM üzrə biliklərə;
-
Git üzrə sərbəst işləmə bacarığına;
-
“Continuous integration” barədə məlumatlılığa;
-
Agile komandada işləmək təcrübəsinə (arzu olunandır);
-
Retrofit, Picasso və Glide kitabxanaları ilə işləmək qabiliyyətinə;
-
MVP və ya MVVM üzrə işləmək bacarığına;
-
Android Architecture Components üzrə biliklərə;
-
Kotlin və ya Java üzrə güclü biliklərə sahib olan şəxsdir
Daxili audit departamentinin baş auditor, aparıcı auditor, auditor və kiçik auditoru
Son tarix 15 apr 2023 Müraciət et
Görəcəyiniz işlər:
-
Proses və strukturlar üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət mexanizimlərinin effektivliyini təhlil etmək,
-
Requlyativ tələblərə və qabaqcıl təcrübəyə uyğunluğu qiymətləndirmək;
-
Beynəlxalq daxili audit standartlarına uyğun olaraq audit layihələrini icra etmək və ya idarə etmək;
-
Aktivlərin idarəedilməsi və xərclərin effektivliyini qiymətləndirmək;
-
Maliyyə hesabatlarının dəqiqliyini və etibarlığını qiymətləndirmək;
-
Məsafədən və yerində auditlər aparmaq, məlumat/məlumat bazalarının təhlilini həyata keçirmək;
-
Audit müşahidəsi, tövsiyələr və müəyyən edilmiş tədbirlərin yer aldığı hesabatları tərtib etmək;
-
Audit tövsiyələrinin icra səviyyəsini yoxlamaq;
-
Daxili audit fəaliyyətinin təşkili və təkmilləşdirilməsi istiqamətində layihələrdə iştirak etmək.
Bizim üçün uyğun namizəd:
-
Korporativ və mikro kredit/maliyyə/data analitika/kredit risklərinin idarəedilməsi sahələrində minimum 2 illik təcrübə;
-
Əlaqədar sahələrdə ali təhsil və/və ya sertifikatlara malik olmaq;
-
Yüksək fərdi xüsusiyyət və dəyərlərə sahib olan;
-
Analitik və kritik düşünmə,
-
Təşəbbüskarlıq və əzmkarlıq,
-
Qərəzsizlik, tərəfsizlik, müstəqillik,
-
Məsələlələrə mikro və makro baxış,
-
Yüksək ünsiyyət bacarıqları,
-
Davamlı inkişaf həvəsi və s.
-
Azərbaycan, ingilis və ya rus dili biliklərinə sahib olan;
-
Microsoft Office və/və ya data analitik proqramlar ilə işləmə bacarığına sahib olan;
-
Vətəndaş qüsursuzluğu olan;
-
Son 6 ay ərzində intizam tənbehi olmayan şəxdir.
QEYD: Aşağıdakı sahələr üzrə müvafiq təcrübə və sertifikasiyası olan namizədlərə üstünlük veriləcəkdir.
-
Maliyyə - Bankların maliyyə strukturlarında və ya BIG 4 şirkətlərində maliyyə sahəsi üzrə auditor təcrübəsi, CIA, ACCA, CFA, DipIFR və s. aidiyyəti sertifikatlar
-
Data analitika – Böyük data ilə çalışma və hesabatlıq təcrübəsi, SQL, Phyton, VBA və s. data analitika proqramlarını bilmə
-
Risk –Kredit və əməliyyat riskləri sahəsində təcrübə, FRM,CERA, CRM və s. aidiyyəti sertifikatlar
-
Məhsul və proseslərin idarəedilməsi – Məhsul sahibi, biznes analitik, scrum master, biznes proseslərin optimallaşdırılması və layihələrin idarə edilməsi sahəsində təcrübə, PMP, PBA, CSM, ACP, CPM və s. aidiyyəti sertifikatlar
Daxili audit departamentinin baş İT auditoru, aparıcı İT auditoru, İT auditoru
Son tarix 15 apr 2023 Müraciət et
Görəcəyiniz işlər:
-
Proses və strukturlar üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət mexanizimlərinin effektivliyini təhlil etmək,
-
Requlyativ tələblərə və qabaqcıl təcrübəyə uyğunluğu qiymətləndirmək;
-
Beynəlxalq daxili audit standartlarına uyğun olaraq audit layihələrini icra etmək və ya idarə etmək;
-
Aktivlərin idarəedilməsi və xərclərin effektivliyini qiymətləndirmək;
-
Məsafədən və yerində auditlər aparmaq, məlumat/məlumat bazalarının təhlilini həyata keçirmək;
-
Audit müşahidəsi, tövsiyələr və müəyyən edilmiş tədbirlərin yer aldığı hesabatları tərtib etmək;
-
Audit tövsiyələrinin icra səviyyəsini yoxlamaq;
-
Daxili audit fəaliyyətinin təşkili və təkmilləşdirilməsi istiqamətində layihələrdə iştirak etmək.
Bizim üçün uyğun namizəd:
-
İT sistem inzibatçılığı istiqamətində minimum 2 illik təcrübə;
-
Əlaqədar sahələrdə ali təhsil və/və ya sertifikatlara malik olmaq;
-
Yüksək fərdi xüsusiyyət və dəyərlərə sahib olan;
-
Analitik və kritik düşünmə,
-
Təşəbbüskarlıq və əzmkarlıq,
-
Qərəzsizlik, tərəfsizlik, müstəqillik,
-
Məsələlələrə mikro və makro baxış,
-
Yüksək ünsiyyət bacarıqları,
-
Davamlı inkişaf həvəsi və s.
-
Azərbaycan, ingilis və ya rus dili biliklərinə sahib olan;
-
UNIX və Linux əməliyyat sistemləri ilə işləmə bacarığına sahib olan;
-
Vətəndaş qüsursuzluğu olan şəxsdir.
QEYD: Aşağıdakı sahələr üzrə müvafiq təcrübə və sertifikasiyası olan namizədlərə üstünlük veriləcəkdir.
İT - Kiber təhlükəsizlik, kodlaşma, İT və rəqəmsal fraud analitikası və sistem inzibatçılığı üzrə təcrübə, CISA, CIA, CISSP, CRISC, ITIL, CISM, CRMA, ISSMP və s. aidiyyəti sertifikatlar.