Banner

Vakansiyalar

Azərbaycanda zavod müdiri vəzifəsinə işçi axtarılır - VAKANSİYALAR

Azərbaycanda zavod müdiri vəzifəsinə işçi axtarılır - VAKANSİYALAR | FED.az
20:20 8 Yan 2021

Vakansiyanın adı: Zavod müdiri

Vəzifə öhdəlikləri:

• Asfalt istehsalı və bu sahədə çalışan əməkdaşların idarə olunması
• Bitum, şebel və s. əlaqəli material və məhsulların istifadə qaydalarına nəzarət, lazımı qeydiyyatlarının aparılması
• Müəssisədə gündəlik, həftəlik və aylıq olan əməliyyatların və işlərin planlaşdırılması, icrası və şöbələr arası işlərin hədəflərə uyğun kordinasiya edilməsi;
• Müəssisəsnin təchizat, keyfiyyət və istehsal şöbələrində iş axışqanlığını artıracaq sistem və proseslərin təşkil edilməsi və nəzarətin edilməsi;
• İstehsalat və iş proseslərində yaranan gecikmələrin, maddi və fiziki itkilərin təyin edilməsi və aradan qaldırılması;
• Müəssisənin qarşısında qoyulan istehsal və satış planlarının yerinə yetirilməsinə nəzarətin təmin edilməsi;
• Müəssisədə çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına, onların hazırlıq səviyyəsinə və təlim ehtiyaclarına daim nəzarət edilməsi;
• İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayyət olunmasına daim nəzarət edilməsi;
• Müəssisədə işlərin biznes proseslərinə, korporativ etik dəyərlərinə və qaydalarına uyğun olaraq tətbiq olunmasına nəzarət edilməsi;
• Müəssisənin ümumi iş peformansını ölçə bilən hesabtların hazırlanması və rəhbərliyə təqdim olunması;

Tələblər:

• Müvafiq vəzifədə minimum 3 illik iş təcrübəsi;
• Tikinti və sənaye sahələrində təcrübəsi olanlara üstünlük verir
• Azərbaycan dili mükəmməl, İngilis və Rus dili bilikləri arzuolunandır;
• Kompüter bilikləri (Microsoft office proqramları, ERP sistemləri) və biznes idarəçiliyi, insan resursları, istehsalat və stratejik planlama qabiliyyətlərinin olması;
• Biznes və şəxsi keyfiyyətlər: Analitik düşünmə və analiz qabiliyyətinin olması,işinə vicdanla yanaşan, məsuliyyətlilik, dürüstlük, nəticələrə diqqət, yüksək təşkilati və ünsiyyət bacarıqları;
• Qərar qəbul etmək bacarığı;
• Komanda ilə işləmək, düzgün ünsiyyət qabiliyyəti;
• İstehsal avadanlıqları və texniki iş qaydaları haqqında biliklər;

İş şəraiti:

• 6 günlük iş həftəsi. İstirahət həftənin bazar günü;
• Nahar şirkət tərəfindən veriləcək;
• İş yeri Bakı ş., Zabrat qəsəbəsində yerləşir;
• Korporativ nömrə və s. təmin ediləcək;
• Əmək haqqı namizədin bilik və bacarıqları əsasında müəyyən ediləcək;

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Zavod müdiri" qeyd edərək [email protected] e-ünvanına göndərə bilərlər.

Digər xəbərlər