Şirkətin adı: “Finex Kredit” BOKT ASC
Baş ofis / Maliyyə Departamenti – Aparıcı mühasib
Namizədə dair tələblər
- İqtisadiyyat və mühasibat sahəsində ali təhsil;
- Bankda və ya BOKT-da iş təcrubəsinə sahib olmalı;
- İş təcrübəsi : 3 ildən-5 ilə qədər;
- Yaş həddi 25-45 yaş;
- Azərbaycan və rus dilini mükəmməl səviyyədə bilmək (ingilis dilini yaxşı səviyyədə bilmək arzu olunandır);
- Maliyyə hesabatlarının forma və qaydasını bilməli;
- Bakı şəhəri ərazisində yaşayan şəxslər tələb olunur;
- İşində ciddi və məsuliyyətli olmalı;
- Analitik düşünmək qabiliyyəti;
- Hüquqi və fiziki şəxslərdən vergi tutulması şərtlərini;
- Mühasibat uçotu hesablarından çatışmazlıqların, debitor borclarının və digər itkilərin silinməsi qaydasını bilməli;
- Azərbaycan Respublikasının Konstitusiyasını, mühasibat barədə qanunvericiliyi bilməli; Vergi və Əmək Məcəlləsi üzrə biliklərə sahib olmalıdır;
- İstənilən problemi zamanında cəld,operativ həll etmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- Ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
- Rəhbərliyin tapşırıqlarını vaxtında icra etmək,gündəlik görülən işlər haqqında məlumat vermək;
- Kompüter:Microsoft Office Programs (Word, Excel), Outlook Express proqramlarını bilmək mütləqdir.
İş barədə məlumat
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili, Sənədlərlə işləmə bacarığı
- Daxili mühasibat uçotunun aparılması
- Qaimə və vergi hesab fakturaların yazılması
- Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi
- Debitor və kreditor üzrə uçotun aparılması və hesablaşmalarına ciddi nəzarət olunması
- Bank və kassa əməliyyatları
- Əmək haqqının hesablanması
- Online kargüzarlıq və e- qaime portallardan istifadə etmə bacarığı
Əmək haqqı: 720 AZN
Qeyd olunan tələblərə uyğun gələn namizədlər “Aparıcı mühasib” başlığından istifadə edərək, öz CV və peşəkar karyera məlumatlarını, [email protected] ünvanına göndərə bilərlər.
“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin Azərbaycan da daxil olmaqla 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.
Hal-hazrıda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı BAŞ OFİS üçün İNZİBATİ KÖMƏKÇİ vəzifəsinə işçi axtarışı elan edir.
“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.
ƏSAS ÖHDƏLİKLƏR
• İnzibati Şöbənin Menecerinın rəhbərliyi altında təşkilatın lazımi qaydada işləməsini təmin etməkdə məsuldur;
• Poçt vasitə ilə daxil olan və göndərilən bütün məktübları qəbul etmək, qeydiyyata almaq.
• Ofisə gələn şəxslərin, qəbul edilmiş prosedurlara uyğun şəkildə, düzgün qaydada qarşılanmasını və onlara diqqət göstərilməsini təmin edəcəkdir;
• Kredit üçün müraciət edən şəxsləri müvafiq əməkdaşlara yönləndirilməsini təşkil edəcəkdir.
Tələb olunan bilik və bacarıqlar:
• Ali və ya orta təhsilli;
• İngilis və Rus dillərində bilik arzuolunandır;
• MS Office proqramları üzrə biliklər (xüsusilə MS Excel) və çapetmə bacarığı;
• Mövcud sahədə iş təcrübəsi;
• Karguzarlığa aid biliklərə sahib olmaq;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
• İşgüzarlıq və aktivlik;
• İnsanlara yardımçı olmaqda səy göstərmək;
• Məlumatları düzgün şəkildə çatdırmaq və yaxşı kommunikasiya qurmaq bacarığları.
İş şəraiti:
• İş günləri: I-V günlər
• İş saatları: 16:30-20:00
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 20 iyul 2021-ci il tarixdən gec olmamaq şərtilə [email protected] electron ünvanına Subject/Mövzu hissəsində İnzibati Köməkçi (Baş Ofis) qeyd etməklə göndərə bilərsiniz.
QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin Azərbaycan da daxil olmaqla 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.
Hal-hazrıda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı BAŞ OFİS üçün Mərkəzləşdirilmiş Kredit Satışı üzrə İşçi vəzifəsinə işçi axtarışı elan edir.
“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.
MƏQSƏD
Mərkəzləşdirilmiş Kredit Satışı üzrə İşçi Mərkəzləşdirilmiş Kredit Supervayzerinin rəhbərliyi altında müştərilərə ehtiyaclarını müəyyən etməkdə dəstək olacaq, müştərilərin ehtiyaclarını ödəyəcək kredit məhsullarını və miqdarını seçməkdə məsləhət verəcək məsul şəxsdir.
BAŞLICA FƏALIYYƏTLƏR
• Müştərinin cari kredit və sahib olduğu biznes növü ilə hesabatdan və ya ehtiyac olduğu təqdirdə sistem üzərindən tanış olmaq
• Müştəriyə məhsulu satmaq üçün FİNCA məhsulunun üstünlüklərini və sadələşdirilmiş kreditvermə prosesini təsvir etmək
• Müştəri imtina edərsə imtina səbəbini müəyyən etmək və əgər səbəb FİNCA ilə bağlıdırsa, problemin mümkün həll yollarını təklif etmək
• Potensial müştərilərlə telefon vasitəsilə əlaqə saxlayaraq yüksək keyfiyyətli satış imkanları yaratmaq
• Ehtiyac olduğu təqdirdə potensial müştərilərlə vaxtı-vaxtında əlaqə saxlayaraq prosesi nəzarətdə saxlamaq
• Xarici mənbələrədən (kredit qeydiyyatı, büro və digər) müştərinin xarici kredit tarixçəsini yoxlamaq və proqrama daxil etmək
• Sistem tərəfindən kredit avtomatik təsdiqləndikdə, tələb olunan sənədləri müvafiq filiala göndərmək, müştəri ilə əlaqə saxlayıb ona təsdiq məlumatını, eyni zamanda onunla filialdan nə zaman əlaqə saxlayacağını və kreditin alınması üçün hansı sənədlərin lazım olacağını bildirmək
• Etdiyi zənglər əsasında gündəlik/ həftəlik hesabat hazırlamaq
• Mərkəzləşdirilmiş Kredit Satış nümayəndələrinə digər məsələlərlə bağlı kömək etmək
TƏLƏBLƏR
• Maliyyə, İqtisadiyyat, Marketinq və digər uyğun sahələr üzrə bakalavr təhsili arzuolunandır
• Ümumi kreditvermə proses və prosedurları haqqında məlumatlı olmaq
• Kredit məhsullarına dair kreditvermə siyasəti və prosedurları üzrə işləmə bacarıqları
• Fikrini aydın ifadə edəcək dərəcədə yaxşı ünsiyyət bacarıqlarına sahib olmaq və aktiv dinləyici olmaq
• Analitik düşüncə qabiliyyəti
• Satış xidmətləri sahəsində təcrübə (kredit vermə və digər oxşar sahə üzrə təcrübəyə üstünlük verilir)
• Yüksək təşkilati və vaxtı idarəetmə bacarığı
• Gərgin iş mühitində işləmə bacarığı
• Komanda ilə iş bacarığı
• Azərbaycan dilində səlist danışmaq və yazmaq bacarığı
• Microsoft Office proqramları daxil olmaqla kömpüter bilik və bacarığı
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 20 iyul 2021-ci il tarixdən gec olmamaq şərtilə [email protected] electron ünvanına Subject/Mövzu hissəsində Mərkəzləşdirilmiş Kredit Satışı üzrə İşçi qeyd etməklə göndərə bilərsiniz.
QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Para BOKT
Marketoloq
Əsas vəzifə
• Marketinq tədqiqatlarının aparılması.
• Marketinq planlarının hazırlanması.
• Hədəf auditoriyasının müəyyənləşdirilməsi.
• Bazar təhlilin aparılması.
• Tələb-təklifin araşdırılması və tələbin analizi.
• Kommunikasiya və təşviq strategiyasının hazırlanması.
• Şirkət brendinin gücləndirilməsi və imicinin yüksəldilməsi üzrə tədbirlərin hazırlanması.
• Marketinq proqramlarının icrasına nəzarət.
Peşəkar tələblər:
• Ali təhsil (Marketinq, biznes və ya digər sahələrdə).
• Müvafiq sahə üzrə 3 ildən artıq iş təcrübəsi.
• Mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları.
• Güclü layihə rəhbərliyi və qərar qəbul etmə bacarıqları.
• Marketinq avtomatlaşdırması və CRM alətləri ilə təcrübə.
• Kompyuter proqramlar üzrə biliklər.
Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir.
İş qrafiki:
həftə içi hər gün: 09:00 – 18:00
şənbə və bazar - istirahət günləri
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini "Marketoloq" başlığı ilə [email protected] ünvanına göndərməkləri xahiş olunur.
Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.
Vəzifə: Kredit Mütəxəssisi
İşəgötürən: “Azərbaycan Mikro Kredit BOKT” MMC
Bölgə: Bakı, Sumqayıt, İmişli və Yevlax şəhəri
İş Qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Maliyyə, İqtisadiyyat, Menecment (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
• Banklarda, bank olmayan kredit təşkilatında və ya Lombardlarda qızıl girovu ilə kredit təcrübəsi olanlar;
• Yenilikləri intensiv və dərindən mənimsəmə bacarığı;
• Problemli kreditlərin həlli istiqamətində bilik və bacarığının olması;
• Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Kompüter bilikləri
İŞİN TƏSVİRİ:
• Müştəriyə təşkilatın kredit məhsullarına dair məlumatın verilməsi;
• Kredit müraciətlərinin qəbulu və analizi;
• Lombard müştərilərinin cəlbində yaxından iştirak;
• Təşkilatın kredit əməliyyatlarının müvafiq qanunvericilik və normativ aktlara uyğun olaraq aparılmasına nəzarət edilməsi;
• Müraciətlərin təşkilatın kredit komitəsində müdafiəsi;
• Kredit sənədlərinin tərtibi;
• Kredit portfelinə nəzarət və idarə etmək;
• Müştəri hesablarının aparılmasına nəzarət;
• Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində “Kredit Mütəxəssisi” qeyd etməklə göndərmələri xahiş olunur.