İnsan Resursları şöbəsinin Rəhbəri
Son tarix 25 okt 2024 - Müraciət et
Vəzifə öhtəlikləri:
- Şirkətin İnsan resursları şöbəsinin İR strategiyasının hazırlanması və ona uyğun idarə edilməsi;
- İR standartlarının, İR-nın idarə edilməsi ilə bağlı qaydaların (prosedur, siyasət və s) tərtibi və onun icrasına nəzarət edilməsi;
- İşçi qüvvəsinin planlaşdırılması və idarəedilməsi;
- İR büdcəsinin hazırlanması və icrasına nəzarət edilməsi;
- Strukturun formalaşdırılması və optimal idarə edilməsi
- İnsan resursları sisteminin inkişaf prosesinə nəzarət, potensial risklərin müəyyən edilməsi və aradan qaldırılması;
- İş analizlərinin aparılmasının təmin edilməsi;
- Vəzifə təlimatlarının hazırlanmasının təmin olunması;
- Vəzifələr üzrə kateqoriyaların və səriştəlilik tələblərinin müəyyən olunması;
- İşçi axınının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi;
- İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, insan qaynaqlarının seçilməsi ,
- yerləşdirilməsi üzrə işin təşkil edilməsi və işə götrülmə prosesi
- Oriyentasiya planının hazırlanması, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi işinin təşkili;
- Performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
- Təlim ehtiyaclarının müəyyən olunması; təlim planının işlənib hazırlanması və yerinə yetirilməsinin təmin ediməsi;
- Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;
- Kadr kargüzarlığının qanunvericiliyə uyğun olaraq tənzimlənməsi və idarə edilməsi
- İR proseslərinin avtomatlaşdırılması istiqamətində tədbirlərin icra edilməsi;
- 18 Rəhbərliyə aylıq, rüblük və illik olaraq müvafiq hesabatların hazırlanması və təqdim edilməsi.
- 19 Vəzifələri üzrə dərəcələndirmə metodlarını tətbiq edərək dərəcələndirilmənin aparılması
Tələblər:
- Restoran sahəsində İnsan Resurslarının idarə olunması üzrə min 3-5 il iş təcrübəsi
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini əla səviyyədə bilməsi
- İş fəaliyyətini qanunvericilik və qaydalara uyğun olaraq təşkil etmək
- Məsuliyyətli, obyektiv və etibarlı
- Məxfilik və gizlilik prinsiplərini saxlamaq
- İşə planlı yanaşma və operativlik
- Təşkilatçılıq, vaxtın idarə edilməsi və tapşırıqların prioritetləşdirilməsi bacarığı
- MS Office (Excel, Word, PowerPoint) Outlook və 1C proqramlarda İşləmək bacarığı
İş barədə:
- İş rejimi: 1-6 (Şənbə günü qısaldılmış iş günü)
- Nahar şirkət tərəfindən verilir
- Əmək Haqqı 2000-2500 azn
Tələblərə cavab verən namizədlər öz CV-lərini “İnsan Resursları şöbəsinin Rəhbəri” başlığı ilə [email protected] elektron poçtuna göndərə bilərlər