Company
Baş mühasib
Son tarix 25 yan 2025 - [email protected]
İş şəraiti:
- İş qrafiki: 5 günlük (09:00 – 18:00)
- Əmək haqqı: 1200 AZN
Vəzifə öhdəlikləri:
- Maliyyə-təssərüfat fəaliyyətinin mühasibat uçotunu uçot siyasətinə və hesabatların aparılması qaydalarına müvafiq təşkil edir;
- Mühasibat uçotunda müəssisədaxili əməliyyatların qeydi və hesabda əks olunmasını təmin edir;
- Mühasibat uçotuna aid yeni sənədlərin işlənib hazırlanması, cari sənədlərin unifikasiyasını, uçot- hesablama işlərinin effektiv vasitələrinin yeridilməsi işlərinə rəhbərlik edir;
- Mühasibat, vergi uçotu və DSMF ilə bağlı əməliyyatları aparır;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin edir;
- Vergi orqanları ilə yazışmaları aparacaq, e-qaimələrin vaxtında və düzgün təqdim olunmasını təmin edir;
- Vergi və digər dövlət orqanlarına təqdim edilməli olan bütün hesabatların hazırlayır və təqdim edir.
Namizədə tələblər:
- İqtisadi sahədə ali təhsil (Maliyyə, Mühasibat uçotu və oxşar fakültələr)
- Mühasibat və maliyyə sahəsində ən azı 2 il iş təcrübəsi olmalı;
- MS Office - Excel, 1C proqramları bacarığı;
- Analitik düşünmə qabiliyyəti,
- Peşəkar mühasib sertifikatının olması üstünlükdür
Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını e-mail ünvanına 25.01.2025- ci il tarixinə qədər mövzu yerində “baş mühasib” qeyd edərək göndərsinlər. Vəzifə tələblərinə uyğun olmayan müraciətlərin namizədliyinə baxılmayacaqdır.