Mühasib
Son tarix 19 yan 2023 - [email protected]
Vəzifə öhdəliyi:
-
Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
-
Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
-
İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
-
Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmalarının tərtibi və nəzarəti;
-
Vergi orqanları ilə yazışmalar;
-
Vergi və mühasibat uçotunu aparmaq;
-
Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək;
-
Hesab və elektron qaimə-fakturalarının yazılması;
-
Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsinə nəzarət;
-
Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət;
-
Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
-
Mal/Xidmətlərin, müqavlə və sifarişlərin yoxlanılması;
-
Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasını təmin etmək;
-
Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasına nəzarət etmək;
-
İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açılması, əməkdaşların əmək haqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətləri həyata keçirmək ;
-
Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək.
Namizədə tələblər:
-
Cins: kişi;
-
Yaş həddi: 30 – 50 yaş;
-
Müvafiq vəzifə üzrə azı 5 il iş təcrübəsi;
-
Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə);
-
Vergi Məcəlləsini bilməli;
-
Konfidensiallığı qoruyub saxlamaq bacarığı;
-
İdarəçilik bacarığı;
-
MS Office, 1C, BTP, EVHF, hesabatları mükəmməl səviyyədə bilməli.
İş şəraiti:
-
Əmək haqqı müsahibə əsasında (1000 - 1500 man) müəyyən olunacaq;
-
Nahar yeməyi və korporativ nömrə ilə təmin olunma;
-
İş rejimi: 6 günlük, şənbə günü - qısaldılmış iş saatı;
-
İş yeri: Bakı şəh.
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz CV-lərini elektron poçtuna göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.