Dünya bazarında Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşıb.
FED.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,05 dollar - 5 sent azalaraq 88,01 dollar olub.
Azalmaya baxmayaraq nefin qiyməti büdcədə nəzərdə tutulan həddi xeyli üstələyir. Belə ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.