VAKANSİYA-1
İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” (Nikoil Bank) hal-hazırda da gənc və ya təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir. Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, belecə müştərilərimizin (həmçinin əməkdaşlarımızın) istəklərini daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.
Karyerasını “Parlaq bankçılıq”da qurmaq istəyən namizədlərimiz elektron poçtun “mövzu” yerinə “Məlumat mərkəzi” qeyd etməklə öz tərcümeyi-hallarını (cv-lərini) [email protected] ünvanına göndərə bilərlər.
Vəzifə: Məlumat mərkəzi (Rəqəmsal) - kiçik mütəxəssis / mütəxəssis
Region: Bakı
Öhdəliklər:
- Müştərilər tərəfindən sosial şəbəkələr vasitəsilə ünvanlanmış müraciətlərin cavablandırılması
- Müştərilərə yüksək səviyyədə xidmətin göstərilməsi
- Müraciətlərin qeydə alınması və müvafiq şöbələrə yönləndirilməsi
- Daxil olan müraciətlər zamanı satışın həyata keçirilməsi və təyin olunmuş hədəflərin icrası
- Aylıq müvafiq hesabatların hazırlanması
Tələblər:
- Ali təhsil
- Səlis Azərbaycan dili biliyi, Rus dilində yüksək yazı bacarığı, İngilis dili arzuolunandır
- Word və Excel proqramlarından istifadə bacarığı
- Xidmət yönümlülük, yaradıcılıq və işdə operativlik
- Komanda ilə işləmək bacarığı
- Ünsiyyətcil və təmkinlə xidmət göstərmək bacarığı
- İşində qarşılaşdığı çətinliklərə operativ həll tapma bacarığı
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
- Sınaq müddətini uğurla tamamladıqdan sonra Könüllü tibbi sığorta proqramına qoşulma
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul və iş qrafiki
VAKANSİYA-2
Struktur: Biznes tələblərinin idarəedilməsi departamenti / İT hesabatlılıq və məlumat anbarının idarəedilməsi
Vəzifə: Hesabatlıq üzrə mühəndis
Bilavasitə tabeçiliyi: Departament direktoru
Vəzifə öhdəlikləri:
- SQL tərtibatı;
- Verilənlər bazasının normallaşdırılması;
- SQL üzrə optimallaşdırma işləri;
- Məlumatları test mühitində yoxlanılması və yenilənməsi;
- Verilənlər bazası kodlaşdırılması üçün standartların yaradılması;
- Resurs sıxlığı olan sorğular barədə tərtibatçılara məlumatın ötürülməsi və onların həll yollarının təklifi;
- Tətbiqlərlə əlaqəli funksiya və məlumatların təkrarlanması fəaliyyətlərinə nəzarət.
Vəzifəyə tələblər:
- Bankın dəyərlərinə uyğun işlərin təşkili;
- Kompüter elmləri, informasiya sistemləri və ya əlaqəli bir sahədə ali təhsil;
- 1 ildən çox bank sahəsində Microsoft SQL ilə işləmə təcrübəsi;
- SQL tərtibatı ilə iş;
- SQL Server ilə rahat işləmə bacarığı.
Siz elektron poçtun “mövzu” yerinə “Hesabatlıq üzrə mühəndis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərlər.
VAKANSİYA-3
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Mikro kreditlər üzrə kiçik mütəxəssis, mütəxəssis və aparıcı mütəxəssis vakansiyanı elan edirik.
Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank sizə bu arzunuzu reallaşdırmağa dəstək olacaq.
Siz elektron poçtun “mövzu” yerinə “Mikro kreditlər üzrə kiçik mütəxəssis, mütəxəssis və aparıcı mütəxəssis” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) [email protected] ünvanına göndərə bilərsiniz.
Vəzifə öhdəlikləri:
- Biznes müraciətlərinin təhlili
- Təhkim olunmuş kredit portfelinin idarə edilməsi
- Biznes görüşlərinin təşkili
- Müştəri şəbəkəsinin genişləndirilməsi
Tələblər:
- Ali təhsil
- Ünsiyyət qurmaq bacarığı
- Riyazi biliklər
- Komandada işləmək bacarığı
İş müddətində əldə edəcəksiniz:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun əməkhaqqı və iş qrafiki
- Korporativ idarəetmə, bank işi və müvafiq istiqamət üzrə peşə bilikləri
VAKANSİYA-4
Struktur: Əməliyyat və bazar risklərinin idarə edilməsi Departamenti
Vəzifə: Departamentin direktoru
Bilavasitə tabeçiliyi: Risk İdarənin Rəhbəri
Vəzifə öhdəlikləri:
- Əməliyyat və bazar risklərinin identifikasiyası, qiymətləndirilməsi və idarə edilməsinin üçün AR MB normativ sənədlərinin tələblərinə uyğun effektiv sisteminin formalaşdırılması və dəstəklənməsi:
o Əsasnaməyə və Bankın digər normativ sənədlərinə müvafiq olaraq Departamentin proseslərinin idarə olunması, həmçinin ərisklərin minimallaşdırılması məqsədilə əməliyyat və bazar riskləri haqqında məlumatların toplanması proseslərinin təkmilləşdirilməsi;
o Departamentin əməkdaşlarının fəaliyyətinə rəhbərlik;
o Departament haqqında Əsasnamənin, əməliyyat risklərinin idarə edilməsi Siyasətinin işlənib hazırlanması və tətbiqi, Bank risklərinin identifikasiyası, qiymətləndirilməsi və idarə edilməsi üçün effektiv sisteminin formalaşdırılması və dəstəklənməsi məqsədilə əməliyyat riskləri ilə bağlı daxili normativ bazanın işlənib hazırlanması;
o Əməliyyat Risk menejment sisteminin təkmilləşdirilməsinə yönəldilmiş yeni layihələrin tətbiq edilməsi (risk-iştah meyarlarının işlənib hazırlanmasında və s.);
o Əməliyyat Risk menejment sistemi effektiv olması məqsədilə Departamentin hesabatlığının tətbiqi və təkmilləşdirilməsi;
o Əməliyyat riskləri üzrə analitik hesabatın, həmçinin Departamentin fəaliyyəti haqqında hesabatların hazırlanması və Bankın Rəhbərliyinə təqdim olunması;
o Bazar risklərinin müntəzəm monitorinqi;
o Yeni risk limitlərinin müəyyən edilməsi və mövcud risk limitlərinin müvafiqliyinin yoxlanması, həmçinin potensial risklərin aşkar olunması və minimallaşdırılması üzrə təkliflərin tətbiq edilməsi. Erkən məlumatlandırma sisteminin yaradılması.
- Bankın risk-menejment sahəsinə toxunan biznes-proseslərinin mütəmadi qıymətləndirilməsi işinin
təşkili:
o Bankda qüvvədə olan daxili normativ sənədlərə müvafiq olaraq, öz vəzifə öhdəlikləri çərçivəsində əməliyyat risklərinin idarə edilməsi ilə bağlı işdə bankın bütün struktur bölmələrinə metodiki kömək;
o Struktur bölmələrin işçilərinin əməliyyat riskləri hissəsində ixtisaslarının artırılması məqsədilə bankdaxili treninqlərin/seminarların keçirilməsi;
o Komplaens-risklə bağlı hadisələrin uçotu, onların əmələ gəlmə ehtimalının müəyyən edilməsi və mümkün nəticələrin kəmiyyət qiyməti;
- Bankın fəaliyyəti nəticəsində əmələ gələn komplaens risklərin effektiv idarə edilməsi, komplaens-
nəzarət sisteminin Bankda koordinasiyası:
o Komplaens-riskin monitorinqi, o cümlədən Bank tərəfindən tətbiq edilən yeni bank məhsullarının, xidmətlərin və komplaens-riskin olması mövzusunda onların realizə olunmasının planlaşdırılan metodlarının təhlili;
o Struktur bölmələrin rəhbərlərinə və Bankın rəhbərliyinə komplaens-risklərin idarə edilməsi üzrə tövsiyyələrin zəruri hallarda göndərilməsi.
o Bankda komplaens-risklərin azaldılmasına yönəldilən tədbirlər kompleksində iştirak və hüquq departamenti ilə koordinasiyası;
o Bankda komplaens-risklərin müştərilərin şikayətləri hissəsində idarə edilməsinin effektivliyinin monitorinqi, komplaens-risklərin idarə edilməsi üzrə Bankın daxili sənədlərinin işlənib hazırlanmasında iştirak edilməsi;
o Komplaens-risklərlə bağlı hadisələrin uçotu, onların əmələ gəlməsi ehtimalının müəyyən edilməsi və mümkün nəticələrin kəmiyyət qiyməti;
o Bank tərəfindən tətbiq edilən yeni bank məhsullarının, xidmətlərinin və onların realizə olunmasının planlaşdırılan metodlarının razılaşdırılmasında iştirak vasitəsilə maraqların münaqişəsinin aşkar edilməsi.
- İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfind ən qəbul olunmuş Standartlara əsasən Ümumi Hesabatlılıq Standartı əsasında Amerika Birləşmiş Ştatları hüquqi və fiziki şəxsləri istisna olmaqla digər dövlətlərin hüquqi və fiziki şəxslərinə məxsus və barəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə hesabat verilməli işinin təşkili:
o Xarici Hesablar Vergi Əməletməsi Aktı ilə əlaqədar Amerika Birləşmiş Ştatlarının hüquqi və fiziki şəxslərinə məxsus və barəsində hesabat verilməli hesabların (bundan sonra – ABŞ-ın hesabat verilməli hesabları) yoxlanılması işinin təşkili, müəyyən edilməsi və barəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə hesabat verilməsi
Məsuliyyət:
- İcra etdiyi işlərin qanunvericiliyə, Mərkəzi Bankın normativ aktlarının və bankdaxili sənədlərin tələblərinə müvafiq olmasına görə məsuliyyət daşıyır;
- Qoyulan tapşırıqların vaxtında və tam icrasına görə məsuliyyət daşıyır;
- Öz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində banka vurulan ziyana görə məsuliyyət daşıyır;
- Bank sirrinin və kommersiya sirrinin qorunmasına görə məsuliyyət daşıyır;
- Onun istifadəsinə verilən əsas vasitələrin və digər avadanlıqların qorunmasına görə məsuliyyət daşıyır;
- Daxili və xarici nəzarət orqanlarının yoxlama nəticələri üzrə alınan göstərişlərin icrasına görə məsuliyyət daşıyır;
- Departamentin Bankın digər struktur bölmələri ilə qarşılıqlı işinin təşkili üçün məsuliyyət daşıyır.
Vəzifəyə tələblər:
- Bankın dəyərlərinə uyğun işlərin təşkili;
- Ali təhsil;
- 2-5 il iş təcrübəsi;
- AR banklar və bank fəaliyyəti haqqında qanunvericiliyinin, MB və MBNP kredit təşkilatlarının filiallarının və şöbələrinin fəaliyyəti məsələləri üzrə normativ sənədlərini, əmək qanunvericiliyini bilmək;
- AR Əmək qanunvericiliyinin əsaslarını bilmək;
- Bank sistemi strukturunu və bank işinin əsaslarını bilmək;
- Mühasibat uçotunu, Bankın maliyyə və təsərrüfat fəaliyyəti haqqında hesabatlığını, təhlil və planlaşdırma metodlarını bilmək;
- Kargüzarlığın əsaslarını və kredit təşkilatlarının fəaliyyətində maliyyə sənəd dövriyyəsi qaydalarını bilmək;
- Bank xidmətlərinin təqdim olunması texnologiyalarının əsaslarını bilmək;
- Menecment, biznes-planlaşdırma, marketinq tədqiqatlarının, statistik məlumatların əldə edilməsi, emalı və təhlilinin metod və texnologiyalarının əsaslarını bilmək;
- Danışıqların və işgüzar ünsiyyətin aparılması bacarığı;
- İqtisadi xarakterli informasiya ilə analitik iş səriştəsi;
- Bankın informasiya-hüquqi sistemlərindən və digər informasiya resurslarından istifadə təcrübəsi;
- Microsoft office, Bank proqramlarından və digər xüsusi proqramlardan istifadə bacarığı;
- Rus və İngilis dili üzrə yüksək səviyyədə biliklər;
- Yüksək analitika qabiliyyəti;
- Konstruktiv ünsiyyəti təşkil etmək qabiliyyəti;
- Komanda ilə işləmək və qərarlar qəbul etmək qabiliyyəti;
- Işin planlaşdırılması qabiliyyəti;
- Məsuliyyət;
- Liderlik, peşəkarlıq;
- Işgüzar aktivlik;
- Nəticəyə istiqamətlilik;
- Peşə inkişafı;
- Təşəbbüskarlıq;
- Kommunikabellik;
- Stressə davamlılıq.
Siz elektron poçtun “mövzu” yerinə “Departamentin direktoru” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərlər.
VAKANSİYA-5
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Filial Müdiri” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Filial müdiri” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərlər.
Filial müdiri
Vəzifə öhdəlikləri:
- Filialın cari fəaliyyətinə birbaşa rəhbərlik;
- Filialın müştərilərlə qarşılıqlı münasibətlərinin təşkili və idarə edilməsi;
- Filialda icra olunan proseslərin AR MB normativ sənədlərinə və Bankın daxili qayda və prosedurlarına uyğun icrasının təmini;
- Müştərilərlə imzalanan müxtəlif növ sövdələşmələrin, müqavilələrin müəyyən edilmiş səlahiyyətləri çərçivəsində və ona verilmiş etibranamələr əsasında imzalanması;
- Bankdaxili qayda və prosedurlarla müəyyən edilmiş proseslərdə nəzarət funksiyası;
- Filialın açılması, günün sonunda filial əməliyyatlarının yekunlaşdırılmasına nəzarət və filialın bağlanması;
- Fiial kassasının açılması və bağlanması prosesində qanunvericiliklə müəyyən olunmuş qaydada iştirak;
- Filial gəlirlərinin artmasına dəstək, satış səviyyəsinin artırılması üçün müvafiq şəraitin təmin edilməsi;
- Filial üzrə inzibati məsələlərin həllinin Bankın daxili struktur bölmələri ilə koordinasiyası;
- Filialın müəyyən eidlmiş hədəflərə nail olmasının təmin edilməsi, işçilərin və işçi qruplarının hədəflərə nail olmasına dəstək;
- İşçilərin inkişafı istiqamətində işlərin aparılması;
- İşçilərin əsas fəaliyyət göstəricilərinin (ƏFG) təyin olunması prosesində iştirak və nəticələrin monitorinqi;
- İşçilərə tapşırıqların verilməsi və icrasına nəzarət, filial dsaxilində iş bölgüsünün aparılması;
- İşçilərin daxili nizam-intizam qaydalarına və etik davranış normalarına, eləcə də aidiyyəti üzrə daxili və xarici normativ sənədlərin tələblərinə riayət etməsinə nəzarət;
- Bankın müxtəlif tədbirləri, təşkil olunmuş görüşlər və digər əlaqəli mənbəələr vasitəsilə alınmış müvafiq məlumatların filialdaxili kommunikasiyası;
- İşçilərin motivasiyası ilə bağlı təkliflərin verilməsi və icrası prosesində iştirak;
- Bankın daxili normativ sənədlərində hazırki vəzifə üçün nəzərdə tutulmuş digər işlərin icrası;
- Komanda üzvü olmaq və xidmət keyfiyyətini artıma məqsədi ilə filialın əməkdaşlarına dəstək, komandadaxili müsbət abu-havanın və şəffaflığın təmini;
- Struktur bölmənin / Bankın xidmət keyfiyyətinin və bilik səviyyəsinin artırılması, qarşıya qoyulmuş hədəflərə nail olmaq məqsədilə təşkil olunan tədbirlərdə iştirak;
- Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqların vaxtında və keyfiyyətli şəkildə yerinə yetirilməsi;
- Rəhbərinin tələbi ilə gördüyü işlər haqqında hesabatın hazırlanması;
- Filialın funksiyalarına daxil olan digər işlərin görülməsi.
Tələblər:
- Bankın dəyərlərinə uyğun işlərin təşkili;
- Bank sahəsində 3 ildən artıq təcrübə;
- Ali təhsil;
- MS Office proqramları istifadə etmək bacarığı;
- Azərbaycan dili və Rus dilini səlis bilmək, İngilis dili arzuolunandır;
- Komandanı idarə etmək bacarığı, liderlik, motivasiya etmək bacarığı;
- Risklərin dəyərləndirilməsi bacarığı, qərar qəbul etmə bacarığı, problem həll etmə bacarığı;
- Münaqişələrin idarə olunması bacarığı;
- Analitik düşüncə, detallara diqqət;
- Stress altında işləmək bacarığı;
- Ünsiyyət qurma bacarığı;
- Yüksək məsuliyyət hissi;
- Vaxtın səmərəli planlaşdırılması;
- Kritik düşüncə;
- Xidmət yönümlülük;
- Düzgünlük;
- Kreativlik və təşəbbüskarlıq, çeviklik və operativlik, məqsədyönümlülük.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Əmək qanunvericiliyinə uyğun iş şəraiti;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
VAKANSİYA-6
Struktur: Pərakəndə biznes məhsullarının Satışı departamenti
Vəzifə: Direktor
Bilavasitə tabeçiliyi: İdarə Heyətinin sədrinin müavini / Pərakəndə bankçılıq idarəsi üzrə baş direktor
Vəzifə öhdəlikləri:
- Bankın strategiyası (Strateji Pərakəndə Satış Planı), habelə Bаnk rəhbərliyinin Departamentin fəаliyyətinə dаir qərаr və lаyihələri ilə işləyir;
- Öz səlаhiyyətinə аid məsələlərlə bağlı Bаnkın аdındаn yаzışmаlаr аpаrır və Bankı üçüncü şəxslər qarşısında təmsil edir;
- Departament qаrşısınа qоyulаn vəzifələrin icrаsı məqsədi ilə Bankın digər struktur bölmələri ilə qaşılıqlı əməkdaşlığının təşkil edir;
- Bаnкın Pərakəndə biznes satışının inкişаfınа təsir göstərən qərаrlаrın qəbul оlunmаsı barədə təkliflər verir;
- Departament daxilində olan bütün şöbələrin işini təşkil və nəzarət edir;
- Bankın kredit, qeyri-kredit və bank kartları məhsulların satışını, partnerlarla işi təşkil edir;
- Pərakəndə biznes məhsullarının satışı üzrə filialların fəaliyyətinə funksional rəhbərlik edir;
- Pərakəndə biznes müştərilərə xidmət üzrə Bankın satış nöqtələri şəbəkəsinin inkişaf etdirilməsində iştirak edir;
- Normativ aktlar və Bankın inzibati sənədlərinə əsasən verilmiş səlahiyyətlər cərçivəsində fəaliyyət göstərir;
- Pərakəndə Biznes Məhsullarının Satışı Departamentinin inkişaf strategiyası, qısamüddətli və uzunmüddətli perspektivdə prioritetləri, departamentin fəaliyyətinin kəmiyyət göstəriciləri və büdcəsinin planlaşdırılması üzrə təklifləri hazırlayır;
- Struktur, ştat cədvəli, vəzifə adları və siyahısı,əmək haqqı dəyişikliyi, Pərakəndə biznes məhsullarının Satışı departamentinin və ümumilikdə Bankın fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi üzrə təklifləri hazırlayır;
- Departamentin tərkibinə daxil olan və satış nöqtələrində tabeçiliyində olan bütün əməkdaşların Struktur, ştat cədvəli, vəzifə adları və siyahısı,əmək haqqı dəyişikliyi yönəlmiş tədbirlərin həyata keçirilməsi üzrə təklifləri hazırlayır;
- Departamentin tərkibinə daxil olan və satış nöqtələrində tabeçiliyində olan bütün əməkdaşların, əmək intizamına, davamiyyətinə və əməkdaşların geyim qaydalarına riayət etmələrinə nəzarət edir;Departament daxili bütün şöbələrin müdirlərinin vəzifə öhdəliklərini Departament daxilində olan bütün şöbələrin nəticəsi barədə İdarə Heyyətinin Sədrinin müavininə - kuratora hesabat verir;.
- İdarə Heyəti qarşısında hesabatları təqdim edir;
Tələblər:
- Bankın dəyərlərinə uyğun işlərin təşkili;
- Ali təhsil;
- Bank sektorunda zəruri minimum iş təcrübəsi 5 il, pərakəndə satış istiqamətində ən azı 3 il rəhbərlik təcrübəsi ;
- AR-in banklar və bank fəaliyyəti haqqında qüvvədə olan qanunvericiliyi, AR MB-nin filialların və kredit təşkilatlarının bölmələrinin fəaliyyət məsələləri üzrə normativ sənədləri, əmək qanunvericiliyi haqqında bilik;
- AR-in Əmək qanunvericiliyinin əsasları haqqında bilik;
- Bank sisteminin quruluşu və bank işinin əsasları haqqında bilik;
- Microsoft office, bank və digər xüsusi proqramların istismarıStrukturlarla danışıqların və işgüzar ünsiyyətin aparılma qabilliyyəti;
- Xarici dil bilməsinə üstünlük verilir (rus dili - yaxşı, inglis dili-arzuolunandır)
- Yüksək dərəcədə analitik qabiliyyət;
- Komandada işləmək və qərarları qəbul etmək bacarığı;
- Məsuliyyət;
- Nəticə əldə etməyə meyl;
- Stressə davamlılıq
Siz elektron poçtun “mövzu” yerinə “Direktor” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərlər.
VAKANSİYA-7
Karyerasını “Parlaq bankçılıq”da qurmaq istəyən namizədlərimiz elektron poçtun “mövzu” yerinə “Məlumat mərkəzi” qeyd etməklə öz tərcümeyi-hallarını (cv-lərini) [email protected] ünvanına göndərə bilərlər.
Vəzifə: Məlumat mərkəzi - kiçik mütəxəssis / mütəxəssis
Region: Bakı
Öhdəliklər:
- Müştərilər tərəfindən daxil olan zənglərin cavablandırılması
- Müştərilərə yüksək səviyyədə xidmətin göstərilməsi
- Müraciətlərin qeydə alınması və müvafiq şöbələrə yönləndirilməsi
- Daxil olan zəng zamanı satışın edilməsi
- Təyin olunmuş hədəflərə çatması
- Aylıq müvafiq hesabatların hazırlanması
Tələblər:
- Ali təhsil
- Səlis Azərbaycan və Rus dili biliyi, İngilis dili arzuolunandır
- Word və Excel proqramlarından istifadə bacarığı
- Xidmət yönümlülük, yaradıcılıq və işdə operativlik
- Komanda ilə işləmək bacarığı
- Ünsiyyətcil və təmkinlə xidmət göstərmək bacarığı
- İşində qarşılaşdığı çətinliklərə operativ həll tapma bacarığı
VAKANSİYA-8
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Bərdə filialı üzrə Əməliyyat xidmətləri üzrə kiçik mütəxəssis / mütəxəssis vakansiyalarını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Əməliyyat xidmətləri üzrə kiçik mütəxəssis / mütəxəssisi (Bərdə)” qeyd etməklə öz tərcümeyi-hallarını (cv-lərinizi) [email protected] ünvanına göndərə bilərsiniz.
Bərdə filialı, Əməliyyat xidmətləri üzrə kiçik mütəxəssis / mütəxəssis
Tələblər:
- Ali təhsil
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli
- Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmalı
- Ünsiyyət qurma, dinləmə, müşahidə etmə və problemi həll etmə bacarığı olmalı
- Komandada işləmək bacarığı
- Qüvvədə olan bank qanunvericiliyini bilmək
Vəzifə öhdəlikləri:
- Müştərilərə Bankın məhsul və xidmətləri barədə məlumat vermək
- Müştərilər üçün hesabların açılması, müqavilələrin hazırlanması
- Bank hesablarına nəzarət etmək və hesablar üzrə əməliyyatlar aparmaq
- Bankda mövcud olan pulköçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərmək
VAKANSİYA-9
Struktur: Pərakəndə biznes müştərinin əlaqələrinin idarəedilməsi departamenti / Qeyri-kredit məhsullarının satışının təşkili şöbəsi
Vəzifə: Şöbə müdiri
Bilavasitə tabeçiliyi: Pərakəndə biznes müştərinin əlaqələrinin idarəedilməsi departamenti direktoru
Vəzifə öhdəlikləri:
- Rəhbərlik tərəfindən qoyulmuş satış hədəflərinin yerinə yetrilməsi üçün uyğun siyasətin işlənib hazırlanması;
- Əməliyyatçıların, kassa əməkdaşlarının, ofis menecerlərin və şöbədaxili əməkdaşların seçilməsi, işə qəbul olunması, yerləşdirilməsi və işdən azad olunması;
- Təliş işlərinin təşkili və aparılması ilə bağlı uyğun planın təşkili;
- Tədris proqramlarının yaradılması və testlərin hazırlanmasının təşkili;
- Əməliyyatçıların, kassa əməkdaşlarının və ofis menecerlərinin hədəflərinin müəyyən edilməsi, qoyulan hədəflərin yerinə yetirilməsinə nəzarət olunması və monitorinqlərin aparılması;
- Qeyri-kredit portfeli üzrə zəruri hesabatların aparılması;
- Şöbə üzrə təyin edilmiş fəaliyyət göstəricilərin icrası;
- Bonus sisteminin hazırlanması;
- Satışla bağlı Marketinqə təkliflərin verilməsi;
- Satışın aparılmasına dair təkliflərin verilməsi;
- Əməliyyatçıların, kassa əməkdaşlarının, ofis menecerlərin və şöbədaxili əməkdaşların məzuniyyət planlaşdırılmasına nəzarət;
- Əməliyyatçıların, kassa əməkdaşlarının, ofis menecerlərin vəzifə və əməkhaqqı məsələlərini təşkil etmək və ya əksinə hədəfləri vurmayan və işini düzgün aparmayan əməkdaşlara tədbirlərin görülməsi;
- Şöbənin əməkdaşlarının işinə nəzarət etmək.
Vəzifəyə uyğun Sizdən tələblərimiz:
- Bakın dəyərlərinə uyğun işlərin təşkili;
- Ali təhsil;
- 3 ilə qədər rəhbər vəzifədə iş təcrübəsi;
- Azərbaycan Respublikasının Banklar və bank fəaliyyəti haqqında qüvvədə olan qanunvericiliyi, AR Mərkəzi Bankının filialların və kredit təşkilatlarının bölmələrinin fəaliyyət məsələləri üzrə normativ sənədləri, əmək qanunvericiliyi haqda bilik;
- Maliyyə və mühasibatlıq hesabatları üzrə biliklər, onları təhlil etmək və kollegial orqanlara təqdim etmək üçün zəruri analitik hesabatların hazırlanması bacarığı;
- Bank sisteminin quruluşu və bank işinin əsasları haqqında bilik;
- MS office və Bank proqramları (GNI və s.) üzrə yüksək biliklər.
- Yüksək səviyyədə rus dili biliyi, İngilis dili arzuolunandır;
- Yüksək dərəcədə analitik qabiliyyət;
- Səmərəli ünsiyyət bacarığı;
- Komandada işləmək bacarığı;
- Məsuliyyətlilik;
Siz elektron poçtun “mövzu” yerinə “Şöbə müdiri” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərlər.