Vakansiya : Baş Mühasib
İş yeri : “AK Özerol” MMC
Ünvan : Bakı şəhəri , Səbail Rayonu, Xəqani küçəsi 14/A
İş qrafiki-həftədə 6 gün, 09:00-18:00
Əmək haqqı -razılaşma yolu ilə
Tələblər:
• Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və audit);
• Qida sektoru və yaxud İctimai iaşə obyektlərində 10 il baş mühasib təcrübəsi;
• Kompyuter Bilikləri: MS Excel, MS Office, Günəş,Loqo proqramlarla işləmə təcrübəsi
• Cinsi: Kişi
• Yaş: 35 -50
Vəzifə öhdəlikləri:
• Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
• Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
• Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək;
• Hesab və elektron qaimə-fakturaların yazılması;
• Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
• Gündəlik hesabları üzrə qalıqlar hesabatı;
• Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
• Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması;
• Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilməsi;
• Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
• İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açılması və əməkdaşların əmək haqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətlərin həyata keçirilməsi;
• Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir;
• Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
• İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
• Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi
Maraqlanan namizədlər cv-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə [email protected] email ünvanına göndərə və ya 051-225-69-81 nömrəsi ilə əlaqə saxlaya bilər.