2023-cü ildə Şuşa hotelləri 5 milyon 23 min manat gəlir əldə edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu da illik müqayisədə 2 milyon 37,4 min manat və ya 68,2% çoxdur.
Gəlirlərin 2 milyon 163,3 min manatı nömrələrinin satışından, 2 milyon 808,8 min manatı iaşə xidmətlərindən, 51,7 min manatı isə digər xidmətlərdən əldə edilib.
Lakin hotellərin çəkdiyi xərclər 7 milyon 569 min təşkil edib ki, bu da illik müqayisədə 4 milyon 833 min manat və ya (2,8 dəfə) çoxdur.
Xərclərin 1 milyon 712,4 min manatı içkilərin və yeməklərin hazırlanması üçün alınan mallara çəkilən
xərclərin, 389,3 min manatı bütün növ yanacaq və enerji xərclərinin, 44 min manatı suyun alınmasına çəkilən xərclərin, 2 milyon 365,7 min manatı əmək haqqı xərclərinin , 137,7 min manatı icarə ödəmələrinin, 200,1 min manatı əsas vəsaitlərin cari təmirinə sərf olunan xərclər, 1 milyon 338,7 min manatı büdcəyə ödənilən vergilərin, 1 milyon 341,7 min manatı isə digər xərclərin payına düşüb.
Xərclərin gəlirləri üstələməsi nəticəsində Şuşa hotelləri 2 milyon 506 min manat zərər edib. Lakin 2022-ci ildə 289,6 min manatlıq mənfəət əldə edilmişdi.
Ümumən rayonun hotellərinin işçi sayı 104 nəfər olub ki, işçi sayı son bir il ərzində 13 nəfər (14,3%) artıb.
Rayonun hotellərinə yerləşdirilmiş şəxslərin sayı 2023-cü ildə 18 min 537 nəfər olub ki, onların da 15 min 622 nəfəri Azərbaycan vətəndaşları, 2 min 735 nəfər isə xarici vətəndaşlar olub. Əvvəlki illə müqayisədə ümumi yerləşdirilmiş şəxslərin sayı 1 717 nəfər (10,3%), Azərbaycan vətəndaşlarının sayı 1 507 nəfər (10,7%), xarici vətəndaşların sayı isə 210 nəfər (8,3%) artıb.
Ümumi gecələmələrin sayı 19 min 023 olub ki, bu da 2022-ci illə müqayisədə 4 min 63 gecələmə (27,2%) çoxdur.
Gecələmələrin 16 min 158-i Azərbaycan, 2 min 865-i isə xarici vətəndaşların payına düşüb.
Qeyd edək ki, ötən il rayonda 2 mehmanxana və mehmanxana tipli müəssisə, 3 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərib. Nömrələrin sayı 137, yerlərin sayı (birdəfəlik tutum) isə 237 ədəd olub.