Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi ("Rosaviasiya") Rusiyanın müxtəlif şəhərlərindən Azərbaycana aviareyslərin həyata keçirilməsi üçün altı aviaşirkətə icazə verib.
Eləcə də bax: Bu aviaşirkət Türkiyəyə uçuşların ləğvinə görə 500 milyon rubl - İtirəcək
FED.az xəbər verir ki, “aprelin 21-də iclasın yekunlarına daie Rosaviasiya “Ural Hava Yolları”, «Red Wings», “Severnıy veter”, “İkar”, “İJAVİA”, “İrAero” aviaşirkətlərinə Azərbaycana uçuşların yerinə yetirilməsinə üçün icazənin verilməsi barədə qərar qəbul edib”, - sənəddə deyilir.
Qərara əsasən, “Ural Hava Yolları” Voronej, İrkutsk və Omsk şəhərlərindən Bakıya reyslərin yetirnə yetirilməsi üçün icazə əldə edib. Həmin şəhərlərdən Bakıya reyslər həftədə üç dəfə planlaşdırılır.
“Red Wings” həftədə 7 dəfə Jukovski-Bakı, həftədə 4 dəfə Jukovski-Gəncə reyslərinin yerinə yetirilməsinə icazə əldə edib.
“Severnıy veter” aviaşirkəti həftədə 7 dəfə Kaliniqraa və Vladikavkazdan Bakıya, “İkar” aviaşirkəti əftədə 7 dəfə Vladikavkaz-Bakı reysinin yerinə yetirilməsinə icazə əldə edib.
Həmçinin, “Rosaviasiya”nın qərarı ilə “İJAVİA” aviaşirkəti həftədə 2 dəfə Minvodı, Omsk, Kazan, Samara və Ufa şəhərlərindən Bakıya reyslərin yerinə yetirilməsinə icazə əldə edib.
“İrAero” aviaşirkəti həftədə 2 dəfə Samara, Ufa və Moskvaətrafı “Jukovski” aeroportundan Bakıya reyslərin yerinə yetirilməsi üçün icazə əldə edib. (İnterfaks)