Rusiyanın “Pobeda” aviaşirkəti Türkiyəyə uçuşların məhdudlaşdırılması fonunda 500 milyon rubldan çox vəsait itirəcək.
Eləcə də bax: Rus turistlərə Türkiyədən 10 min rubla geri dönmək - Təklif Edilə Bilər
FED.az xəbər verir ki, bu barədə şirkətin kommerrsiya departamentindən jurnalistlərə bildirilib. Şirkətin hesablamalarına görə, təkcə Türkiyədən turistlərin gətirilməsinə “Pobeda” əlavə 50 milyon rubl xərcləməli olacaq. Belə ki, məhdudiyyət dövründə turistlərin Türkiyədən gətirilməsini aviaşirkətlər öz üzərlərinə götürüb.
Qeyd edək ki, aprelin 15-dən iyunun 1-dək Rusiya ilə Türkiyə arasında aviauçuşlara məhdudiyyət tətbiq edilib. Bu dövr ərzində yalnız Rusiyanın “Aeroflot” şirkəti həftədə iki dəfə Türkiyəyə müntəzəm uçuşlar həyata keçirəcək. (Azərtac)