Cari ilin oktyabr Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 187,8 min nəfər olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu ötən ilin müvafiq dövrünə nisbətən 27,3 min nəfər (17%) çoxdur.
2022-ci ilin eyni dövründə bu göstərici 160,4 min nəfərdən çox olub.
Hesabat dövründə səfər edənlərin 124,8 min nəfəri turizm məqədi ilə,62,9 min nəfəri isə digər məqsədlərlə gəlib.
Turizm məqsədi ilə gələnlərin sayı son bir ildə 26,5 min nəfərə yaxın (26,9%), digər məqsədlərlə gələnlərin sayı isə təxminən 62 min nəfər (1,4%) artıb.
Turist kimi gələnlər ümumi gələnlərin 66,5%-ni, digər şəxslər isə 33,5%-ni təşkil edib.
Keçən ilin müvafiq dövründə isə bu rəqəmlər müvafiq olaraq 61,3% və 38,7% təşkil edib.