Bu ilin yanvar-sentyabr ayları arasında Türkiyəni 45,2 milyon turist ziyarət edib.
FED.az xəbər verir ki, bunu Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy açıqlayıb.
O bildirilib ki, bu il noyabrın 10-a qədər Türkiyədə ümumilikdə 7805 yerləşdirmə obyekti dayanıqlı turizm sertifikatı alıb, yeni yay mövsümünə qədər bu sənədin bütün turizm müəssisələrinə verilməsi hədəflənib.
Dayanıqlı turizm baxımından dünyanın qabaqcıl ölkələrindən olan Türkiyəni əvvəlki illə müqayisədə 2022-ci ildə 71 faiz artımla 51,4 milyon nəfərin ziyarət etdiyini xatırladan nazir bu dövr ərzində hər turistdən günlük gəlirin 89 ABŞ dolları, 2023-cü ildə isə 100 dollar olduğunu deyib.
Nazir bu ilin doqquz ayı ərzində Türkiyənin turizm sektorundan 42 milyard dollar əldə etdiyini bildirib. (Trend)