Azərbaycan Hökuməti ilə Sudan Hökuməti arasında diplomatik pasport sahiblərinin qarşılıqlı olaraq vizalardan azad edilməsi haqqında Saziş imzalanıb.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, saziş ikitərəfli münasibətlərin möhkəmləndirilməsində və iki ölkə arasında daha sıx diplomatik qarşılıqlı əlaqələrin təşviqində daha bir mühüm addımdır.
Sənəd Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mohieddin Salem Ahmed İbrahimin Azərbaycana səfəri çərçivəsində imzalanıb.














