Bu ilin yanvar-aprel aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr 1 milyard 271,2 milyon manat məbləğində xidmət göstərib.
Azercell fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9% çoxdur.
Xidmətlərin 70,5%-i əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 408,7 milyon manatı (32,2%-i) mobil telefon rabitəsi sahəsində formalaşıb.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu il mobil telefon rabitəsi sahəsində gəlirlər 5,1% artıb. (Apa)















