“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərinə uçuşlara yenidən başlayır.
Dubayda yaşayış icazəsi almaq asanlaşdı - Minimum yatırım həddi ləğv edilib - MƏBLƏĞLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə AZAL-ın məlumatında bildirilib.
Azərbaycanın turizm sektorunda şok! - Satılmış turlar üçün əlavə ödəniş tələb edildi – İLK DƏFƏ, MƏBLƏĞ
Bildirilib ki, Dubay istiqaməti üzrə reyslərə 15 maydan etibarən start verilir. Uçuşlar hər gün həyata keçiriləcək.
Biletləri AZAL-ın saytından və ya mobil tətbiqindən indi əldə etmək mümkündür.
Qeyd edək ki, fevralın 28-də Yaxın Şərqdə baş verən son hadisələr və hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL Dubay istiqaməti üzrə uçuşları dayandırmışdı.
Qeyd edək ki, uçuşların başlamasından sonra Bakıdan Dubaya uçuş biletləri 952-1200 manat arasında dəyişir. Belə ki, «flydubai» şirkətinin təyyarələri ilə Bakıya və əksinə uçuş 952 manat, AZAL-la 1138 manat, Dubayın digər şirkəti olan «Emirates» ilə uçuşlarda isə 1230 manata başa gəlir.














