Bu ilin yanvar-mart aylarında Azərbaycandan xaricə turizm məqsədi 264 min nəfər səfər edib.
Azərbaycanda otellərdəki yerlərin 82%-i boş qalıb - RƏQƏMLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15 min nəfər (5,4%) azdır. 2025-ci ilin birinci rübündə xaricə turist kimi 279 min nəfər səfər etmişdi.
Bu dövrdə xaricə turizm deyil, digər məqsədlə səfər edənlərin sayı da azalıb – ilk 3 ayda belələri 189 min nəfər olub ki, bu da təqribən 1200 nəfər azdır.
Qeyd edək ki, hesabat dövründə xaricə səfər etmiş Azərbaycan vətəndaşlarının sayı illik müqayisədə 16 min 323 nəfər (3,5%) azalaraq 452 min 597 nəfərə düşüb.














