Azərbaycanın ən böyük otelçilik şirkətlərindən olan «Absheron Hotel Group» MMC kapitalını azaldıb.
FED.az xəbər verir ki, «Absheron Hotel Group» MMC nizamnamə kapitalının 14 milyon 250 min manatdan 12 milyon 850 min manata azaltdığını elan edib.
Şirkətin bununla bağlı açıqlamasında bildirilir ki, nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Xəqani Rüstəmov küçəsi, 4C ünvanına bildirə bilərlər.
Ölkənin ən böyük otel idarəçi şirkəti olan «Absheron Hotel Group» MMC Azərbaycan, Türkiyə və Gürcüstanda 5 ulduzlu otellərə sahibdir. Azərbaycanın ən böyük otelləri bu şirkətin idarəçiliyindədir. Onlara Qafqazın ən böyük oteli olan «Baku Marriott Boulevard» oteli, Şahdağ kurortundakı «Park Chalet» və «Pik Palace Autograph Collection» və başqaları aiddir. Eləcə də şirkət Türkiyədə, Bodrumda və Tbilisinin mərkəzində otelləri idarə edir.
«Absheron Hotel Group» MMC-nin idarə etdiyi otellər aşağıdakılardır:
«Baku Marriott Boulevard»
«The Merchant Baku Hotel»
«Courtyard By Marriott Baku»
«Bilgah Beach Hotel»
«Sheraton Baku Intourist Hotel»
«Park Chalet»
«Pik Palace Autograph Collection»
«Allium Bodrum Hotel»
«Shusha Hotel»
«Ac By Marriott Hotel Tbilisi»