FED.az xəbər verir ki, Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsi 2018-ci il üçün AÇIQ TENDER ELAN EDİR
Tender 2 lot üzrə keçirilir:
Lot-1.Əsaslı və cari təmir işləri üçün yerli inşaat materiallarının satınalınması.
Lot-2. Torpaqqazan mexanizmlərə və avtomaşınlara ehtiyat hissələrinin satınalınması.
Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq göstərilən lotlar üzrə təkliflərini möhürlənmiş, imzalanmış və ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti. Müqavilənin vaxtında yerinə yetirilməsi üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanları- na malik olmalıdırlar. Tender təkliflərinin qiymətləndirilməsi və müqayisə edilməsi bal sistemi ilə həyata keçiriləcəkdir. Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs: Məmmədov Adil Vəli oğlu, mob: 070 657-45-45. Maraqlananlar əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını köçürdükdən sonra göstərilən ünvandan ala bilərlər. Yevlax rayonu, Aran qəsəbəsi, Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsi. İştirak haqqı -- Lot-1. 55 manat, Lot-2. isə 45 manatdır. İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər: Təşkilat: Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsi VÖEN: 2200077751 Hesablaşma hesabı: AZ 64 CTRE 00000000000002355002 Bankın adı: DXA KOD: 210005 VÖEN: 1401555071 Müxbir hesab: AZ 41 NABZ 01360100000000003944 SWİFT BİK: CTREAZ 22
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: - tenderdə iştirak etmək üçün yazılı müraciət; - iştirak haqqının ödənilməsi barədə bank sənədi; - iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlər; - iddiaçının son bir ildə maliyyə vəziyyəti haqqında məlumat; - işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat; - vergilərə və digər icbari ödənişlərə dair borcların olmaması barədə arayış; - tender təkliflərinin təminatı (zərflərin açıldığı tarixdən 30 bank günü qüvvədə olmalıdır); - tender təklifi qiymətinin 1 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı gündən 60 bank günü qüvvədə olmalıdır). İddiaçılar tələb olunan sənədləri möhürlü zərflərdə 29 yanvar 2018-ci il saat 17.00-a kimi Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinə təqdim etməlidirlər. Bu tarixdən gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçılar tender təklifi və bank zəmanətini 6 fevral 2018-ci il saat 17.00-a kimi təqdim etməlidirlər. Tender zərfləri 7 fevral 2018-ci il saat 11.00-da Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsində açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyas
Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsi tender elan edir
12:13
13 Dek 2017