“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” PHŞ tikinti ilə bağlı tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, birinci tenderdə Şuşa şəhərində D-3 yaşayış massivində nəzərdə tutulan yaşayış binalarının (1-ci mərhələ, 10 bina) tikinti işləri nəzərdə tutulur.
Tenderin qalibi "GM Construction" MMC olub. Qalib şirkətə 39 milyon 700 min 81 manat ödəniləcək.
Qeyd edək ki, “GM Construction” MMC 2016-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Hafiz Nəzərli Akif oğludur. Hüquqi ünvanı AZ1029, Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, ev 189 ünvanında yerləşir.
Şirkət daha öncə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun 20 milyon 905 min 738 manat dəyərində “Cəbrayıl rayonunun Şükürbəyli 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) kənd yaşayış məntəqəsində yol-küçə şəbəkəsinin tikintisi, abadlıq və yaşıllaşdırma işləri” tenderinin qalibi olub.