FED.az xəbər verir ki, Şirvan Meşə Meliorasiya İdarəsi 2018-ci ildə təmir işləri üçün inşaat materialları və torpaqqazan mexanizmlərə, su nasoslarına, mexaniki və elektrik avadanlıqlarına ehtiyat hissələrinin satınalınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR
Tender 2 lot üzrə keçirilir: Lot-1. İnşaat materiallarının satınalınması. Lot-2. Torpaqqazan mexanizmlərə, su nasoslarına, mexaniki və elektrik avadanlıqlarına ehtiyat hissələrinin satınalınması.
Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq göstərilən lotlar üzrə təkliflərini möhürlənmiş, imzalanmış və ikiqat bağlamada yazılı təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağı- dakı meyarlara üstünlük veriləcəkdir: – aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti. Müqavilənin vaxtında yerinə yetirilməsi üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Tender təkliflərinin qiymətləndirilməsi və müqayisə edilməsi bal sistemi ilə həyata keçiriləcəkdir. Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxsə müraciət edə bilərlər. Əlaqələndirici şəxs: Babayev Zülfüqar Səftər oğlu, telefon: 0-22-335-02-29. Maraqlananlar əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını köçürdükdən sonra göstərilən ünvandan ala bilərlər. Yevlax rayonu, Xanabad kəndi, Şirvan Meşə Meliorasiya İdarəsi. İştirak haqqı lot-1. 55 manat və lot-2. 45 manatdır. İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər: Təşkilat: Şirvan Meşə Meliorasiya İdarəsi VÖEN:2200151231 Yevlax YXO Hesab: 33205019449716753268 VÖEN: 2200103611 Bank. ABB ASC-nin Yevlax filialı Kod: 509277 Müxbir hesab: 0137010002944 SWİFT BİK: İBAZAZ2X İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: - tenderdə iştirak etmək üçün yazılı müraciət; - iştirak haqqının ödənilməsi barədə bank sənədi; - iddiaçıların tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlər; - iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; - işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat; - vergilərə və digər icbari ödənişlərə dair borcların olmaması barədə arayış; - tender təkliflərinin təminatı (zərflərin açıldığı tarixdən 30 bank günü qüvvədə olmalıdır); - tender təklifi qiymətinin 2 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı gündən 60 bank günü qüvvədə olmalıdır). İddiaçılar tələb olunan sənədləri möhürlü zərflərdə 29 yanvar 2018-ci il saat 17.00-a kimi Şirvan Meşə Meliorasiya İdarəsinə təqdim etməlidirlər. Bu tarixdən gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçılar tender təklifi və bank zəmanətini 6 fevral 2018-ci il saat 17.00-a kimi təqdim etməlidirlər. Tender zərfləri 7 fevral 2018-ci il saat 11.00-da Şirvan Meşə Meliorasiya İdarəsində açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası
Şirvan Meşə Meliorasiya İdarəsi tender elan edir
11:25
13 Dek 2017