Fed.az xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sabirabad Rayon Mərkəzi Xəstəxanası 2018-ci il üçün tələb olunan malların (iş və xidmətlərin) satınalınması məqsədilə əlaqədar AÇIQ TENDER elan edir.
Tender 3 lot üzrə keçirilir:
Lot-1. İnventaların satınalıması
Lot-2. Avadanlıqların satınalınması
Lot-3. Digər maşın və avadanlıqların satınalınması
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər bir lot üzrə 40 manat məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Sabirabad rayonu, Qalaqayın kəndi (Sabirabad Rayon Mərkəzi Xəstəxanası) ünvanda əlaqələndirici şəxs: Ü.Əliyev, telefon: (021) 23-5-87-16 ala bilərlər.
İştirakçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.
Təşkilat: Sabirabad YXO
Hesab: AZ46AİİB32051019444400201144
VÖEN: 6800086231
Bank: “Kapital Bank” Sabirabad rayon filialı
Kodu: 200446
VÖEN: 9900003611
Müxbir hesabı:
AZ37NABZ01350100000000001944
S.W.İ.F.T. BİK — AİİBAZ2X
Eləcədə bax: Səfərbərlik Xidməti mebel və maşın avadanlıqları satın alır
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
—tenderdə iştirak etmək üçün yazılı müraciət;
—tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);
—tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
—tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü
qüvvədə olmalıdır);
—Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
—iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
—iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
—iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlər (notariusdan təsdiq edilmiş surəti);
—İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları. Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 07 avqust 2018-ci il saat 15:00-a qədər, bir nüsxədə tender təklifi və bank zəmanətini isə bağlanmış və möhürlənmiş ikiqat zərfdə iki nüsxədə (əsli və surəti) 16 avqust 2018-cı il saat 15:00-a qədər, Sabirabad Mərkəzi Rayon Xəstəxanası (ünvan: Sabirabad rayonu, Qalaqayın kəndi) təqdim etməlidirlər.Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 17 avqust 2018-ci il tarixdə saat 11:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.
Əlaqə telefonu - (021) 23- 5-87-16
Səhiyyə Nazirliyi maşın avadanlıqları alır
15:47
27 İyun 2018