"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti tenderin qalibini elan edib.
FED.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin "N.Nərimanov" elektrik deposu ərazisində 20-21-22-23-24-25-ci qanovlarda, carı təmir-3 qaldırma sahəsində, köhnə mühərriklərin təmir sexində,vaqonların müvəqqəti saxlanma anbarı yeni və köhnə otaqlarda, mexaniki sexdə, rəngsaz otağında, server otağında, “İçəri Şəhər” stansiyasında çiller yerləşdiyi yerdə döşəmənin epoksid boya örtüyü ilə rənglənməsi işlərinin və malların satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib.Açıq tenderin qalibi "CMT GROUP" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ olmuşdur.
"Bakı Metropoliteni" qalibə 270 min manat ödəyəcək