Müdafiə Nazirliyi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Azərbaycan Ordusunun şəxsi heyətinin tibbi təminatı üçün müalicə-profilaktik, bakterial preparatların, diaqnostikumların və məsrəf tibbi ləvazimatların satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 450 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i: 1300162621
Satınalan təşkilatın ünvanı: Parlament prospekti 3
Müsabiqənin başlama tarixi və vaxtı: 07.12.2023 10:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı:
27.12.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 09.01.2024 17:00
Zərflərin açılış tarixi və vaxtı: 10.01.2024 10:00
Ödəniş şərtləri : İcraçının təhvil verilmiş mallara uyğun təqdim etdiyi sənədlər əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə nağdsız hesablaşma üsulu ilə.
Çatdırılma yeri: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
Çatdırılma müddəti : Satınalma müqaviləsi qüvvəyə mindikdən sonra 2024-cü il ərzində hissə-hissə çatdırılmalıdır
Çatdırılma şərtləri : DDP
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Vüqar Abbasov, Tender komissiyasının üzvü
Email: [email protected]
Əlaqə telefonu : 012-539-80-60