Maliyyə Nazirliyi Gəncə gil-torpaq zavodunda Zəylik alunit filizi yatağından gələn filizdən istifadə imkanlarının texniki-iqtisadi əsaslandırılmasının hazırlanması məqsədilə məsləhətçi seçimi üzrə tenderi ləğv edib. Bu barədə nazirliyin məlumatında deyilir.
Tender 3 lotdan ibarət olub.
Lot-1 Gəncə gil-torpaq zavodunda Zəylik alunit filizi yatağından gələn filizdən istifadə etməklə işə salınması və istehsal zamanı əmələ gələn sulfat turşusunun Sumqayıtda inşa edilən Karbamid zavodunun aralıq məhsulu olacaq ammiyak maddəsində istifadə imkanlarının, habelə Gəncə gil-torpaq zavodu ərazisində ammonium sulfat gübrəsinin istehsalının təşkil edilməsi məqsədilə kalium sulfat gübrəsinin və polivinilxloridin istehsalının texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasını nəzərdə tutub.
Lot-2 Daşkəsən rayonu ərazisindəki Zəylik alunit filizi yatağının ehtiyatlarının qiymətləndirilməsinin hazırlanmasını, Lot-3 Anod çubuqlarının Azərbaycan Respublikasının ərazisində (Gəncə şəhərində) istehsalının texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasını nəzərdə tutub.
"Maliyyələşdirmənin dayandırılması ilə əlaqədar tender ləğv olunub”, - deyə nazirliyin elanında qeyd olunur.
İnterfax©