Tikilməkdə Olan Melıorasiya Və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “Xətai Rayonu,2 Saylı Zığ Zeytunçuluq Soxvozunun Ərazisində Yerləşən 86,44 Ha Bağ Sahəsinin Suvarma Suyu İlə Təminatı”-Nı Layihələndirib - Tikinti İşlərinin Satın Alınması” və “Abşeron Rayonunun Ərazisi Üzrə Qala Qəsəbəsi 3 Nömrəli Qala Zeytunçuluq Sovxozu, Türkan Üzümçülük Sovxozu , Hovsan Zeytunçuluq Sovxozu Və Abşeron Quşçuluq Sovxozunun Ərazılərı Olmuş 500,44 Ha Sahənın Suvarma Suyu İlə Təmınatı”- Nı Layihələndirib - Tikinti İşlərinin Satın Alınması” tenderlərinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, hər iki tenderin qalibi “Körpü-Bina -Tikinti” MMC. olub.
Şirkətlə birinci tender üzrə 5 milyon 900 min 113 manat, ikinci tender üzrə 2 milyon 100 min 022 manat dəyərində müqavilə imzalanıb.
Bağlanmış müqavilələrin ümumi dəyəri 8 milyon 135 manat təşkil edir.
Qeyd edək ki, şirkət qurumun bundan əvvəl daha 8 iri məbləğli tenderinin qalibi olub.