FED.az xəbər verir ki, "ExpressBank" ExpressClub layihəsinin inkişafı bölməsi / müdir vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Yeni tərəfdaşların banka cəlb edilməsində birbaşa iştirak edir;
- Zəruri hallarda, bölmənin işçiləri ilə birlikdə görüşlərdə iştirak edir;
- Rəhbərlik tərəfindən təsdiq edilmiş bölmənin aylıq və illik planının həyata keçirilməsini təmin edir;
- Strateji tərəfdaşlarla qarşılıqlı əlaqələri qurur;
- Şöbənin və bölmənin fəaliyyəti ilə bağlı layihələrin hazırlanmasında iştirak edir;
- Təsdiq olunmuş metodiki göstərişə / prosedura əsasən bölməyə aid olan mövcud və yeni layihələrin aparılmasını təmin edir;
- Bölmənin işçiləri tərəfindən təqdim edilmiş hesabatlar əsasında şöbə müdirinə cari , aylıq , rüblük və illik hesabatları təqdim edir;
Tələblər:
- Ali təhsil;
- Satış sahəsində minimum 3 il iş təcrübəsi;
- Bankın korporativ satış sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir;
- Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı , ingilis dili arzuolunandır;
- Ünsiyyət qurmaq bacarığı;
- Təklif olunan məhsul və xidmətlərin satışını təmin etmək bacarığı;
- Yüksək dərəcədə komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti.
E-mail: [email protected]