Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” mehmanxana otaqları üçün hamam ləvazimatları və aksesuarların satın alınması məqsədilə kotirovka sorğusu elan edir.
Eləcə də bax: AzTV loqolar alır - KOTİROVKA SORĞUSU
FED.az xəbər verir ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Neftçilər prospekti 153 nömrəli ünvana müraciət edə bilərlər.
Əlaqələndirici şəxs Vüsal Balayev, telefon- (012) 310 11 10 daxili (7715). Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirovka təkliflərini 28 noyabr 2019-cu il saat 13.00-dan gec olmamaq şərtilə yuxarıdakı ünvana təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.
Kotirovka təklifləri 28 noyabr 2019-cu il saat 16.00-da Bakı şəhəri, Neftçilər prospekti 153 nömrəli ünvanda (Port Baku Towers) açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.